Ustadnamə
Hikmətli qoşmalar ustadnamələr adlanır. Adətən, dastanların əvvəlində üç ustadnamə verilir. Məsələn,
Qafil könül, bir məclisə varanda,
Ver qadağa acı dilə, danışma.
Hərcayı söyləmə, hərcayı demə,
Laf eyləyib gülə-gülə danışma.
Aşıq gərək hər məclisdə sayılsın,
Sözünü eşidən qansın, ayılsın.
Kəlmə çıxar, şirin cana yayılsın,
Aşırıb sözünü zilə danışma.
Sözün manı tutma azğın, axmağın,
Xoşlanılmaz aralıqdan çıxmağın,
Layiq deyil başa qaxınc qaxmağın,
Öz eybini bilə-bilə danışma.
Yazıq Hüseyn, əhdin yetər yerinə,
Könül bağla aşıqların pirinə.
Çək sözünü həqiqətə, dərinə,
Hər qədirbilməzə belə danışma.