BAZAR, 2024-12-29, 5:01 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ TƏCNİS - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
TƏCNİS
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 9:39 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Təcnis

Təcnis qoşmanın bir növüdür. Qoşmadan fərqli cəhəti qafiyələrinin cinas sözlər üzərində qurulmasıdır. Cinas sözlər omonimlərə oxşayan sözlərdir. Daha doğrusu, bu sözlərin yazılışı və səslənişi oxşar, mənaları müxtəlifdir. Məsələn:

Aşıq, götür doqquz telli sazını,
Ya divani, ya da təcnis çal, a çal!
Düşmən üçün seç qılıncın sazını,
Əsirgəmə, kəlləsindən, çal, a çal!

Yaxşı aşbaz tanır yaxşı düyünü,
Qəmli aşıq qəlbin neçin döyünü?
Möhkəm bağla, açılmasın düyünü,
Bir ilmək yox, üçün möhkəm çal, a çal!

Nə vaxtacan fələk mənə ax çalar?
Faydasızdır zər-qızıllar, axçalar.
Cavan Hüseyn, qara xəttin ağ çalar,
Deyərlər ki, qoca aşıq, çal, a çal!

Bu təcnisdə II və IV misralarda "çal" sözləri müxtəlif məna daşıyır. Biri saz çalmaq, digəri qılınc çalmaq mənasındadır.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...