BAZAR, 2019-11-17, 8:39 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ROMAN VƏ EPOPEYA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ƏDƏBİYYAT » ROMAN VƏ EPOPEYA (ROMAN VƏ EPOPEYA HAQQINDA)
ROMAN VƏ EPOPEYA
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 9:34 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Roman

Roman - yazılı ədəbiyyatın və epik növün ən irihəcmli janrı.
XII-XIII əsrlərdə ispan, italyan, fransız, dillərində yazılmış hər bir nəsr əsərinə roman deyilirdi.
İndi bütün dünyada, əsasən, nəsrlə yazılmış irihəcmli, vahid çoxşaxəli, müəllif tərəfindən müəyyənləşdirilimiş ideya üzrə inkişaf etdirilib öz həllinə gətirilən bədii nəsr əsərinə roman deyilir.
Onu da qeyd etmək lazımdır ki, həcmcə romandan böyük olan povestlər də vardır. Bu, ideya mərkəzindəki hadisənin təfərrüatına yanaşma prizmasından irəli gəlir.
Dünya ədəbiyyatında roman XIX əsrdən etibarən geniş yayılmışdır. Yalnız roman yazan yazıçıları romançı da adlandırırlar.

Romanın növləri
• Dilogiya
• Tirilogiya
• Epopeya
• Mənzum roman

Epopeya

Epopeya - romanın bir növüdür. Epopeya "epos" sözündəndir, hadisələrin daha geniş, ətraflı nağıl edilməsi deməkdir. Epopeya epik janrın ən mürəkkəb və geniş növüdür. Epopeyada ümumxalq həyatı əsas yer tutur və demək olar ki, burda bütöv xalq həyatı təsvir olunur. Bu əsərdə əsas surətlər xalqı təmsil edir. Epopeyada yazıçı bütöv xalq hərəkatını, ümumi əhvali-ruhiyyəni əks edir. Epopeya kompozisiya cəhətdən mürəkkəb ,süjet etibarilə çoxşaxəli olur. Məsələn: L.N.Tolstoyun "Hərb və sülh" romanında 600-ə qədər surət iştirak edir.
Azərbaycan ədəbiyyatında Süleyman Rəhimovun "Şamo" romanı epopeyaya nümunəsidir. "Şamo" romanında 1914-1920-ci illər Azərbaycan kəndlilərinin ağır həyat tərzi, çarizmin yeritdiyi müstəmləkəçilik siyasəti, ictimai həyatda baş verən ziddiyətlər təsvir olunub.

 
FORUM » ELM VƏ TƏHSİL » ƏDƏBİYYAT » ROMAN VƏ EPOPEYA (ROMAN VƏ EPOPEYA HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2019. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...