ŞƏNBƏ, 2024-04-20, 9:09 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QƏZƏL - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ƏDƏBİYYAT » QƏZƏL (QƏZƏL HAQQINDA)
QƏZƏL
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 9:24 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qəzəl

Qəzəl - klassik Şərq şeiri növü.
Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə, son beyti məqtə adlanır. Mətlənin hər iki misrası həmqafiyə olur. Qalan beytlərin isə sonu mətlə ilə ilə qafiyələnir. Məqtədə şair təxəllüs və ya adını göstərir.
Qəzəl ictimai-siyasi, fəlsəfi məzmunlu olmaqla, əsasən, lirik şeir növüdür.
Klassik qəzəlxan şairlər
Azərbaycan şairləri Nizami, Nəsimi, Füzuli, Saib Təbrizi, Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Natəvan, Həsənəli xan Qaradaği, fars şairlərindən Sədi, Hafiz, Cami, özbək şairi Nəvai qəzəlin klassik nümunələrini yaratmışlar.
Müasir qəzəlxan şairlər
Müasir Azərbaycan şeirində qəzəl ənənələrini, əsasən, Vahid Əli ağa, Süleyman Rüstəm davam etdirmişdir.
Qərb ədəbiyyatında qəzəl
Qərb ədəbiyyatı nümayəndələrindən Göte, Puşkin, Bryusov və b. Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişlər.

Quruluşu

] 1-ci beyt: MƏTLƏ: Həmqafiyəli iki misra
Fələyin bir belə dövrü olacağmış, nə bilim ?
Saralıb bağü gülüstan solacağmış, nə bilim ?

2-ci beyt: ikinci misrası həmqafiyəli
Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,
Gözümə qan sağılıb, yaş dolacağmış, nə bilim ?

3-cü beyt: ikinci misrası həmqafiyəli
Bitirib, bağ salıb, bir neçə güllər yetidim,
Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim ?

4-cü beyt: ikinci misrası həmqafiyəli
Əl çəkib nakəsidən çərx elə nakəs imiş,
Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim ?

5-ci beyt: ikinci misrası həmqafiyəli
Aşiqə naz eləmək adət olub mə’şuqə,
Bu qədər naz eləyib can alacağmış, nə bilim ?

6-ci beyt: ikinci misrası həmqafiyəli
Bəslədim zülfü, dedim, başıma salsın sayə,
Dolanıb boyna ilantək çalacağmış, nə bilim ?

7-ci beyt: ikinci misrası həmqafiyəli
Səltənət rütbəsini xar tutardım şah ikən,
Məni başdan ayağa qəm saracağmış, nə bilim ?

Sonuncu (8-ci) beyt: MƏQTƏ: şair təxəllüs və ya adını göstərir
Ruzigarın dolanıb haləti bir özgə hala,
Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim ?

 
FORUM » ELM VƏ TƏHSİL » ƏDƏBİYYAT » QƏZƏL (QƏZƏL HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...