Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:07 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Dodaqdəyməz təcnis Təcnisin bir növü olan dodaqdəyməzdə qoşadodaq samitləri (m, b, p) iştirak etmir. Bu təcnisin oxunuşunda dodaqlar bir-birinə dəymir: Qeyr eyləyər, çən çəkilər dağlara, Qəhrindən yelləri ay eylər qıj-qıj! Qarşı gəlsə həsrət çəkən yar yara, Ağlı çaşar, ay eylər qıj-qıj! Aşıq çaşsa, dildə "qar"a "qar" qalar, Dağlar sinəsində qara qar qalar, Gəştə çıxsa ərşə qara qarğalar, Çalar qanadların, ay eylər qıj-qıj! Yazıq Ələsgər, əlin yetsə, nə nara, Nə həsrət çək, nə ah eylə, nə nara, Nə insandı, səngi salar nə nara, Qaynadar dərya tək, ay eylər qıj-qıj!
|
|
| |