CÜMƏ, 2024-12-27, 5:03 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ CEROLAMO KARDANO - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
CEROLAMO KARDANO
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 12:10 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
CEROLAMO KARDANO

Cerolamo Kardano ( lat. Hieronimus Cardanus,) italyan həkimi, filosofu və riyaziyyatçısıdır.O, 1501-ci ildə İtaliyanın Pavia şəhərində anadan olmuşdur. 1521-ci ildə o, Pavia universitetində riyaziyyat, fəlsəfə və tibb üzrə doktor elmi dərəcəsini alır. 1531-ci ildə Milan şəhərində riyaziyyat üzrə professor vəzifəsində çalışmağa başlayır. Kardano eyni zamanda öz həmkarlarına tibb üzrə məsləhətlər verir və həkim kimi də fəaliyyət göstərirdi. Şotlandiyaya uzun müddətli səyahət etdikdən sonra 1559-cu ildə Kardano Milana geri dönür. O, həmin ildə Paviada və iki il sonra Boloniyada tibb üzrə professor kimi universitetdə dərs deyir [1,2]. Kardano böyük təfəkkürə və biliyə malik insan idi. Riyaziyyatda onun adı üçüncü tərtibli tənliklərin həlli ilə bağlıdır. Onun təklif etdiyi qayda “kardan qaydası” adlanır. Kardanonun işləri XV əsrin dəyərlərindən sayılsa da, çox vaxt onun yazıları ardıcıl olmayaraq təsvir olunmuşdur və ziddiyyətlərlə doludur. Kardano elmi işlərini “İncəliklər haqqında kitab” (lat.: De subtilitate libri XXI) və “Materiyanın müxtəlifliyi haqqında kitab” (lat. De rerum varietate libri XVII) əsərlərində təsvir etmişdir. Birinci kitabı 1550-ci ildə Nürnberqdə və 1554, 1583 və 1664-cü illərdə genişləndirilmiş halda Bazeldə çap olunmuşdur. İkinci kitab 1557-ci ildə Bazeldə, sonra isə 1559-cu ildə Nürnberqdə alman dilində çap olunur. Bu kitabda mexaniki hərəkət və bu hərəkəti icra etmək üçün çoxlu sayda mexanizmlər təsvir olunmuşdur. Kardano işlərinin çox hissəsini irəli-geri hərəkəti fırlanma hərəkətinə çevirən mexanizmlərə həsr etmişdir. Onun təsvir etdiyi qurğuların əksəriyyəti başqa mənbələrdən məlum olsa da, onların arasında öz yeniliyi ilə fərqlənənlər vardır.

Kardanonu müasir maşınqayırmada tanınmış edən onun adı ilə bağlı olan kardan birləşməsidir. Kardan birləşməsi cisimləri yerləşdiyi vəziyyətdən asılı olmayaraq sərbəst dönə bilən vəziyyətdə (3 sərbəstlik dərəcəsinə malik olaraq) hərəkətli bərkitmək üçün tərtibatdır. Bu tip tərtibat bizanslı Filon tərəfindən ilk dəfə olaraq mürəkkəb qabı üçün tətbiq edilmişdir. Renessans dövründə bir çox ixtiralar kimi, bu tərtibat da Kardano tərəfindən yenidən ixtira edildiyindən, səhv olaraq onun adı ilə bağlanılır. Maşınqayırmada Kardan valı hamiya məlumdur. Bu val xüsusi konstruksiyanın köməyi ilə birləşmiş iki hissədən ibarətdir. Hissələr bir-birinə nisbətən müəyyən bucaq altında yerləşərək fırlanma hərəkətini bir valdan digərinə ötürməyə imkan verir. Bu ötürməni Kardanonun ixtira etdiyi birləşdirici element mümkün edir. Bu element silindrik gövdədən və bu gövdənin üzərində çal-çarpaz yerləşdirilmiş iki cüt barmaqdan ibarətdir. Bu barmaqlar öz oxları ətrafında fırlana bilirlər. Barmaqların ikisi bir vala, digər ikisi isə başqa vala keçirilir.

Kardan ötürməsi avtmobilqayırmada, əsasən isə kənd təsərrüfatı maşınlarında geniş tətbiq olunur.
Elmi əsərləri

* De malo recentiorum medicorum usu libellus, Venice, 1536 (on medicine).
* Practica arithmetice et mensurandi singularis, Milan, 1539 (on mathematics).
* Artis magnae, sive de regulis algebraicis (also known as Ars magna), Nuremberg, 1545 (on algebra).
* De immortalitate (on alchemy).
* Opus novum de proportionibus (on mechanics).
* Contradicentium medicorum (on medicine).
* De subtilitate rerum, Nuremberg, Johann Petreius, 1550 (on natural phenomena).
* De libris propriis, Leiden, 1557 (commentaries).
* De varietate rerum, Basle, Heinrich Petri, 1559 (on natural phenomena).
* Opus novum de proportionibus numerorum, motuum, ponderum, sonorum, aliarumque rerum mensurandarum. Item de aliza regula, Basel, 1570.
* De vita propria, 1576 (autobiography).
* Liber de ludo aleae, posthumous (on probability).
* De Musica, ca 1546 (on music), posthumously published in Hieronymi Cardani Mediolensis opera omnia, Sponius, Lyons, 1663
* De Consolatione, Venice, 1542

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...