CÜMƏ, 2020-08-14, 7:34 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ LEYBNİTS VƏ QAUS - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » RİYAZİYYAT » LEYBNİTS VƏ QAUS (ALMAN RİYAZİYYATÇILARININ HƏYATI)
LEYBNİTS VƏ QAUS
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 12:06 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
QOTFRID LEYBNITS

Gotfrid Vilhelm fon Leybnits (21 İyun (1 İyul), 1646, Leypçiq - 14 Noyabr, 1716, Hannover) alman filosof və riyaziyyatçısı.

Hüquq və fəlsəfə təhsili alan Leybnits XVII əsr Avropa siyasəti və diplomatiyasında önəmli rol oynamışdır. Eyni dərəcədə fəlsəfə və riyaziyyat elmlərinə də misilsiz töhfələr vermiş Leybnits ingilis alimi Nyutondan tam müstəqil olaraq Hesab (və ya Riyazi analiz) (Calculus) elmini ixtira etmiş, faktiki olaraq müasir kompüterlərinn əsasını təşkil edən ikirəqəmli hesablama sistemini yaratmışdır. Fəlsəfədə isə ən çox Optimizm nəzəriyəsinə görə xatırlanır. Optimistik nöqteyi-nəzərdən çıxış edən Leybnits əsərlərində yaşadığımız kainatın məhdud mənada, Allah*ın yarada biləcəyi ən mükəmməl məkan kimi qəbul edirdi.

Rene Dekart və Baruş Spinoza kimi filosoflarla birgə Lebnits XVII əsr Avropa fəlsəfəsində rasionalistik fəlsəfi cərəyanın ən qabaqcıl nümayəndəsi sayılır. Lakin Lebnits fəlsəfəsində Sxolastik fəlsəfi elementlər də aydın sezilməklə məntiq və analizin müasir anlamını üç əsr qabaqlayır.

Bundan əlavə Leybnits fizika və texnologiyaya böyük töhfələr verməklə müasir biologiya, tibb, geologiya, ehtimal nəzəriyyəsi, psixologiya elmlərində istifadə olunan tərif və terminləri müəyyən etmişdir. O həmçinin siyasət, hüquq, əxlaq, dinşünaslıq, tarix və filologiya elmlərinə də böyük xidmətlər etmiş, arabir isə şerlər də yazmışdır. Onun bü nəhəng elmi fəaliyyəti ayrı-ayrı jurnallarda, on minlərlə məktublarda və nəşr olunmamış əlyazmalarında qalmaqdadır. Günümüzə qədər Leybnitsin yazıları bütöv bır şəkildə nəşr olunmamış və onun elmə etdiyi əvəzsiz xidmətlərin tam miqyası hələ ki müəyyən olunmayıb.

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 12:08 PM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
YOHAN KARL FRIDRIX QAUSS

Yohan Karl Fridrix Qauss (30 aprel, 1777 - 23 fevral, 1855) - görkəmli alman riyaziyyatçısı, astronom və fiziki, bütün dövrlərin ən istedadlı riyaziyyatçılarından biri. Ədədlər nəzəriyyəsi, riyazı analiz, differnsial həndəsə, geodeziya, elektrostatika, astronomiya və optika elmlərinə misiliz töhvələr vermişdir.

Qaussun fitri istedadı özünü uşaq ikən biruzə verir. Deyilənə görə hələ ibtidai məktəbdə oxuduğu vaxt özünün ilk riyazi kəşfini edir. Belə ki, müəlliməsi şagirdlərini uzunmüddətə məşğul etmək məqsədilə onlara 1-dən 100-ə qədər bütün natural ədədlərin cəmini tapmağı tapşırır. Qauss tapşırığı bir neçə dəqiqə ərzində həll etməklə ətrafındakıları heyrətə salır. Gənc Qauss bu ədədi silsilənin sonluğunda duran ədələrin cəminin 101-ə bərabər olmasını, yəni 1+100=101, 2+99=101 və s dərhal müəyyən edir. Və bu silsilədəki cütlüklərin sayını, yəni 50-ni 101-ə vurmaqla məsələni asanlıqla və tezliklə həll edir. O, riyaziyyat elmində ən möhtəşəm əsərlərdən biri olan Disquisitiones Arithmeticae əsərini 21 yaşında ikən (1798) tamalayır. Əsərin özü isə üç il sonra nəşr olunur. Bu əsərlə Quass müasir ədədlər nəzəriyyəsi (number theory) elmini riyaziyyatdan ayıraraq müstəqil elmə çevirir.

 
FORUM » ELM VƏ TƏHSİL » RİYAZİYYAT » LEYBNİTS VƏ QAUS (ALMAN RİYAZİYYATÇILARININ HƏYATI)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...