CÜMƏ, 2024-12-27, 5:12 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 11:51 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
RENE DEKART

Rene Dekart (fransızca René Descartes) (31 mart, 1596 - 11 fevral, 1650) - fransız filosofu, riyaziyyatçı və yazıçısı. Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir Riyaziyyatın Atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əkəsriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadı olunan Kartezian koordinbat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarıdna biridir.

Dekart XVİİ əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Baruş Spinoza və Gotfrid Leybnitz kimi alim-filosoflarnan güclənıən bu cərəyan hobz, Loke, Berkeley və Hyumun tərəfdarı olduğu empirik fələsfi cərəyana qarşı idi. Qeyd etməık lazımdır ki, həm Spinzoa, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçılar idi. Kartezian koordinat sistemini kəşf etmıklə Dekart cəbr və həndəs elmləri arasına körpü rolunu oynayacaq analitik hındəsi elminin əsasını qoymuş olur. Filosogun ən məşhur kəlamı Cogito ergo sum, yəni "Mən düşünürəm, odur ki, varam" kəlamıdır.

Dekart həm də cəbr və həndəsəni birləşdirən analitik həndəsənin ixtiraçısıdır. Bununla həndəsi problelmlərinriyasi həlli mümükün olmuşdur. Ancaq onun adı ilə bağlı olan düzbucaqlı koordinat sistemi onun işlərinin heç birində rast gəlinmir. 1640-cı ildə Dekart differensial tənliklərin toxunan problemləri həllini işləyir.Dekart o məsələnin həlli üçün əyriyə toxunan çevrə götütür. Bu çevrə əyrini iki nöqtədə kəsir, və ya da bir nöqtədə toxunur. Bununla ona xüsusi əyrilər üçün toxunan artımını təyin etmək nəsib olur. Bu üsul o dövr riyaziyyatçıları arasında böyük maraq doğursa da məslənin tam həllini mümkün etmir.

İki teorem Dekartın adı ilə bağlıdır. İşarələmlərlə verilmiş polinomun yuxarı və aşağı hədlərini real ədədlərlə təyin etmək mümkündür. 1643-cü ildə dörd çevrə teoremi toxunan çevrələr problemini həll edir. Burada bir-birinə toxunan üç çevrəyə toxunan başqa birisni tapılır ki, hansı ki, daha başqa üçünə toxunur.
ƏSƏRLƏRI

* Musicae compendium (1618)
* Regulae ad directionem ingenii (ca. 1628)
* Discours de la méthode pour bien conduire sa raison et chercher la vérité dans les sciences. 1637 (azərbaycanca: „Dərrakədən istifadə üsulu və həqiqəti tədqiqi haqqında“)
o Əlavələr: Dioptrique („Sınan işıqlar üsulu“)
o Les Météores
o La Géométrie (Yeni həndəsənin yaradılması)
* Meditationes de prima philosophia (1641) („Həndəsənin yaranması haqqında meditisiyalar“ - Rationallaşdırma dövrünün əsas əsərlərindən biri.)
* Principia philosophiae. 1644 („Fəlsəfənin prinsipləri“)
* Inquisitio veritatis per lumen naturale (ca. 1647)
* Les Passions de l'âme (1649) („Qəlbin hissləri“)
* De homine (posth. 1662) („Dahi insan“)

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 11:57 AM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
BLEZ PASKAL

Blez Paskal. 1623-1662 illər arasında yaşamış Fransız dahisi. Eyni zamanda böyük bir riyaziyyatçı olan, Torriçelli (Torricelli) deneyi əsasında əsərlər yazan ve hesab maşını icad etmiş olan Paskalın əsas əsəri ölümünden sonra yayımlanmış olan Düşüncələr'dir. O, 1654-ci ildə dini bir təcrübə yaşamış, hayatının bundan sonraki dövrünə, elmi fəaliyyətdən çox, din ve Allah haqqında mübahisələr aparmışdır. Başqa sözlə Paskal deist bir hümanizmin, rasional bir kuşkuculuğun ve sərbəst düşüncənin egemen olduğu bir zamanda ve cəmiyyətdə, Allahın ve İlahi kayranın gerekliliğini ve gücünü gösterme çabası içinde olmuştur. Descartes'ı həm qəbul edən həm də təkmilləşdirən, Dekartın riyazi üsulun istifadə sahəsini genişləndirmək istədiyi yerdə, riyazi üsulun digər sahələrə uyğunlaşdırılması ve yararı mövzusunda kuşkucu bir tavır takınan Paskal, bu üsulun teolojiyle de, metafiziklə də bir əlaqəsi olmadığını demişdir. Soyut, analitik ve tümdengelimsel düşünen akıl, Paskala görə, Allahın varlığını sübut edə bilməz. Həqiqəti bilmənin, mütləq doğruluğa çatmanın tək yolunun ağıl, riyazi ya da elmi üsul olmadığını deyən Paskala gör, qurtuluş urək və inancdadır. Məsələnin həlli inancda, ürəkdə, dini bir yaşamdadır, çünki yalnız burada, inanan insan Allaha bağlı eşq dolu bir kavrayışa ulaşır. İnsanın qurtuluşu, səmimi müminde söz konusu olan adeta içgüdüsel, doğrudan, aracısız ve ağıla bağlı olmayan, ağıl süzgeəcindən keçməmiş bir anlayışta, Allaha təslim olmalıdır.

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 11:58 AM | Message # 3
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
ANRI PUANKARE

Jül Anri Puankare (fr. Jules Henri Poincaré, 1854 - 1912) – fransız riyaziyyatçısı, fizik, filosof və elm nəzəriyyəçisi, bütün dövrlərin ən möhtəşəm riyaziyyatçılarında biri, Paris Elmlər Akademiyasının (1906) və Fransa Akademiyasının (1908) prezidenti. Puankareni sonuncu riyaziyyatçı-universal, dövrünün bütün riyazi nailiyyətlərini əhatə edə bilmiş alim adlandırırlar.
HƏYATI

Anri Puankare 29 aprel 1854-cü il tarixində Nansi yaxınlığında Site-Dükal adlanan yerdə (Lotaringiya, Fransa) anadan olmuşdur. Atası Leon Puankare Nansi Universitetinin tibb professoru olmuşdur. Anası Yevgeniya Lanua bütün boş vaxtını uşaqlarının - oğlu Anri və qızı Alinanın tərbiyəsinə həsr edirdi.

Uşaqlıq illərində Anri biliklərinin qrafik möhkəmləndirilməsində əziyyət çəkən huşsuz və diqqətsizliyi ilə ad qazanır. Sonralar bu xüsusiyyəyti onda qeyri-adi hal alaraq alim Puankarenin yetişməsində müstəsnə rol oynayacaqdı. Uşaqlığında Anri difteriyaya yoluxur. Xəstəlik bir neçə ay davam edir və bu müddətdə uşaq nə gəzə, nə də danışa bilir. Xəstəlik müddətində Anridə dinləmə qabiliyyəti güclü şəkildə inkişaf edir və ələxsus onda çox qeyri-adi xüsusiyyət təzahür edir – ömrünün sonuna qədər qalacaq səslərə qarşı işıq həssaslığı yaranmağa başlayır.

Yaxşı ev hazırlığı Anriyə səkkiz yaş yarımında litseyin birbaşa ikinci sinfinə daxil olmağa imkan verir. Burada onu çalışqan və öyrənməyə hədsiz həvəsi olan şagird kimi tanıyırlar. Bu illərdə onun riyaziyyata qarşı münasibəti orta səviyyədə idi – bir qədər sonra o ədəbiyyat bölməsinə keçir. 5 avqust 1871-ci ildə Puankare ədəbiyyatdan «yaxşı» qiyməti ilə bakalavr dərəcəsi alır. Bir neçə gün sonra isə Anri təbiət elmləri üzrə bakalavr dərəcəsinə keçirilən imtahanlarda iştirak etmək istəyini bildirir. Lakin imtahanlardan yalnız «kafi» qiyməti alır. Riyaziyyatdan yazılı imtahandan isə kəsilir. Səbəb isə adi fikir dağınıqlığı idi. Növbəti illərdə Puankarenin riyazi istedadı özünü qeyri-adi dərəcədə biruzə verməyə başlayır. 1873-cü ilin oktyabrında o Politexnik məktəbin tələbəsi olur. Daha sonra o dövrdə daha nüfuzlu Dağ-mədən məktəbinə daxil olur. Məhz burada o bir neçə il sonra doktorluq dissertasiyasını müdafiə edir. Müdafiə komissiyasına daxil olan Qaston Darbu həmin günü belə xatırlayır: «Elə ilk baxışdanca məlum oldu ki, iş adi çərçivələrdən kənara çıxır və qəbul olunmağa tam layiq idi. Puankarenin işi özündən sonra bir çox yaxşı işlərə yol aça biləcək qədər əhəmiyyətə malik idi».

Doktor dərəcəsini alan Puankare Kannda (Normandiya) pedaqoji fəaliyyətə başlayır və eyni zamanda özünün ilk ciddi əsərlərini yazmağa başlayır. Puankarenin bu işləri avtomorf funksiyalar anlayışına həsr olunur və dərhal Avropa riyaziyyatçılarının diqqətini cəlb edir. Məhz Kanndaca o gələcək həyat yoldaşı Polen d`Andesi ilə tanış olur. 20 aprel 1881-ci il tarixində cütlük nigah bağlayır. 1881-ci ilin oktyabrında Puankare Paris Universitetindən təklif alır. 1886-cı ilin payızında Puankareyə Paris Universitetinin Riyazi fizika və ehtimallar nəzəriyyəsi kafedrasının rəhbərliyi həvalə olunur, 1887-ci ilin yanvarında isə onu Fransa Elmlər Akademiyasına üzv seçirlər. Puankare Parisdə differensial tənliklər, fəza mexanikası, topologiyaya dair fundamental əsərlərini yazır.

1887-ci ildə İsveç kralı II Oskar riyazi müsabiqə təşkil edərək riyaziyyatçılardan Günəş sisteminin cisimlərinin hərəkətini hesablamağı tələb etdikdə Puankare bu tapşırığın (üç cisim tapşırığı) yekun həllinin olmadığını bildirir. 1906-cı ildən etibarən isə Fransa Elmlər Akademiyasınn prezidenti kimi fəaliyyət göstətirir.

Anri Puankare 17 iyul 1912-ci ildə vəfat etmiş və Parisdə Monparsan məzarlığında dəfn edilmişdir.
Elmə töhfələri

Puankarenin riyazi fəaliyyəti çoxşaxəli olmuşdur. Otuz illik gərgin elmi fəaliyyəti sayəsində demək olar ki, riyaziyyatın bütün sahələri üzrə fundamental əsərlər yazmışdır. Puankarenin Paris Akademiyası tərəfindən 1916-1954-cü illər aralığnda nəşr olunmuş əsərləri 10 cild təşkil edir. Bu əsərlər topologiya, ehtimal nəzəriyyəsi, differensial tənliklər nəzəriyyəsi, avtomorf funksiyalar nəzəriyyəsi, qeyri-Evklid həndəsəsini əhatə edir. Puankare riyazi fizika metodlarından geniş istifadə etmiş və potensiallar nəzəriyyəsi, istilik keçiriciliyi nəzəriyyəsini zənginləşdirmişdir. O, həmçinin mexanika və astronomiyaya dair bir sıra məsələlərin həlli ilə də məşğul olmuşdur. Differensial tənliklər sisteminin xüsusi nöqtələrinə həsr olunmuş doktorluq dissertasiyasının müdafiəsindən sonra Puankare «Differensial tənliklərlə təyin olunan əyrilər haqqında» adı altında memuarlar silsiləsi yazır. Burada o differensial tənliklərin keyfiyyət nəzəriyyəsini hazırlamış, xüsusi nöqtələri təsnifatlaşdırmaq üçün inteqral əyrilərinin müstəvilərdə hərəkəti xarakterini və limit silsilələrini tədqiq etmişdir. Puankare öz tədqiqatlarının nəticələrindən üç cisim məsələsinin həllində uğurla istifadə etmişdir. Məsələnin həllinin xarakterini (dövriliyini, asimptotluğunu) detallı tədqiq etmişdir. Sabit nöqtələrin kiçik parametri, variasiyalar üzrə tənliklər, inteqral invariantlar nəzəriyyəsi Puankare tərəfindən elmə daxil edilmişdir.

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 11:59 AM | Message # 4
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
JOZEF LUI LAQRANJ

Jozef Lui Laqranj (25 yanvar 1736, Sardiniya Krallığı – 10 aprel 1813, Paris) - fransız riyaziyyatçısı, mexanik və astronomu. Statika və mexanika elmlərnin əsaslarını genişləndirən və "mümkün yerdəyişmələr" kimi də tanınan “ümumi formulanın” əks olunduğu klassik “Analitik mexanika” traktatının müəllifi. Sonlu artımların formulası ve bir neçə digər teoremlər onun adı ilə bağlıdır.

Deyilənə görə Laqranj əsərlərini yazılışda bir səhv belə buraxmadan tamamlayırdı. 20 yaşı tamam olmamış Turində kral artilleriya məktəbinin həndəsə professoru dərəcəsini alır. İyirmi yaşlarında isə dalğaların yayılması və əyrilərin maksimum və minimumuna dair əsərlərinə görə isə artıq bütün dövrlərin ən böyük canlı riyaziyyatçısı kimi qəbul olunur. Eyler və Dalambertin məsləhəti isə Laqranj Berlində Prussiya Elmlər Akademiyasının riyaziyyat bölməsinin direktoru təyin olunur. Birinci Fransa İmperiyası zamanında o senator və qraf seçilir. Dahi riyaziyyatçı Panteonda dəfn olunur.

Variasiya hesablamasının əsasına çevriləcək izoperimetrik problemi də məhz Laqranj həll etmişdir. Laqranj differensial tənliklər nəzəriyyəsini işləmiş, ədədlər nəzəriyyəsinə Vilson teoremi də daxil olmaqla bir çox yeni həllər və teoremlər daxil edir. Laqranj Theorie des fonctions analytiques əsərində grup nəzəriyyəsinin əsasını qoyur. O eyni zamanda riyazi analizin fundamental teoremi və Teylor teoremini sübut edəcək orta qiymət teoremini də irəli sürür. Laqranj parametrlərin variyasiyası adlı differensial tənliklərin həlli metodunu da tapır, differensiallamanı ehtimallar nəzəriyyəsinə tətbiq edir. O Yerin, Günəşin və Ayın üçlük problemi və Yupiterin peyklərinin hərəkəti məsələləri ilə məşğul olur və 1772-ci ildə problemin Laqranj nöqtələri kimi tanınan həllni tapır. Lakin bütün bunlardan da əvvəl Laqranj mexanika sahəsində böyük işləri ilə tanınır. O Nyuton mexanikasını analiz sahəsinə çevirir və bu mexanika hal-hazırda Laqranj mexanikası kimi tanınır. Və mexaniki “prinsiplər”i variyası hesablamasının sadə nəticəsi kimi nümayiş etdirir.

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 12:00 PM | Message # 5
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
ANDRE MARI AMPER

Andre Mari Amper (fr. Andre Marie Ampere; 22 yanvar 1775, Lion, Fransa — 10 iyun 1836, Marsel, Fransa) - məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizikaya ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...