CÜMƏ, 2020-08-14, 7:52 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ RIYAZIYYATIN BIR ELM KIMI INKIŞAFI. - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » RİYAZİYYAT » RIYAZIYYATIN BIR ELM KIMI INKIŞAFI. (RIYAZIYYATIN BIR ELM KIMI INKIŞAFI HAQQINDA)
RIYAZIYYATIN BIR ELM KIMI INKIŞAFI.
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 10:58 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Riyaziyyatın bir elm kimi inkişafı.


Riyaziyyatın
bir elm kimi inkişafı.






Riyaziyyat
nədir? Yaxud da Riyaziyyat nədən bəhs edir sualına cavab vermək o qədər də asan
deyil! Alimlər bu suala həm bir-birinə oxşar, həm də müxtəlif cavab vermişlər.
Məsələn: görkəmli riyaziyyatçı olan, A.A. Markov; “Riyaziyyat odur ki, onunla
Qaus, Çebışev, Laplov, Steklov və bir də mən məşğul oluram”. ABŞ riyaziyyatçısı
Hörner bu fikri ümumiləşdirərək demişdir: “Riyaziyyat- o şeydir ki, onunla
yalnız riyaziyyatçılar məşğul olur.” Başqa fikirlərdə mövcuddur. Məsələn :
“Bütün təbiət riyaziyyatdır” , “Riyaziyyat elimlərin şahıdır”, “Riyaziyyat
insan təffəkürünün musiqisidir”, “Riyaziyyat incəsənət növüdür” və
s...Riyaziyyat- Qədim Yunan sözü olub, mathema sözündən götürülüb dilimizdə
hərfi mənası biliklənmə, elimlənmə, dərk etmə elmi kimi başa düşülür. Lomonosov
təsdiq edirdi ki, Riyaziyyatı öyrənmək lazımdır ki, o insan zehnini nizama
salır. Riyaziyyat elminin inkişaf tarixini əsasən dörd mərhələyə bölürlər.
Birinci mərhələ: Riyaziyyatın yaranması dövrü: zaman etibarı ilə b.e.ə IV-V
əsrə qədər olan dövrü əhatə edir. Bu mərhələ praktik hesablama və ölçmələrlə
bağlı olub ədəd və fiqur anlayışının yaranmasına gətirib çıxarır. Bu dövr
riyazi sadə hesablama və ölçmələrlə bağlı olub, fiqurların perimetirlərinin,
sahələrinin və s. hesablanması ilə xarakterizə olur. Bu dövrdə hesab həndəsənin
əsası qoyulmuşdur ki, bu da praktik məsələlərin həlli üçün müəyyən olunmuş,
empirik qaydaların mövcudluğunda özünü biruzə verir. Hesab: ədəd və onlar
üzərində dörd əməldən ibarət olan elmi əməldir.İkinci mərhələ: b.e.ə V-VI
əsrlərdə b.e. başlanğıcına qədər olan dövrü əhatə edir. Bu dövrlərdə Riyaziyyat
atıq bir elim kimi, onun öz tədqiqat üsulları və metodları yaranıb. Bu dövr
sabit kəmiyyətlər Riyaziyyatı dövrü adalnır. Bu dövrün riyaziyyatını Aristotel
kəmiyyət haqqında elim kimi xarakterizə edirdi. Bu dövr Evkilidin, Arximedin
əsərlərindədə inkişaf etmiş dedektif metodun yaranması ilə müşahidə olunur.
Ikinci dövr riyaziyyatının yeni sahəsi Cəbr yaranır və inkişaf edir. Xüsusi
simvollar yaranır. Riyaziyyatın tətbiq sahəsi xeyli genişlənir.Üçüncü mərhələ:
Dəyişən kəmiyyətlər dövrüdür. Bu dövr XVIII-XIX əsrləri əhatə edir. Dekartın
dəyişən kəmiyyətlər anlayışını riyaziyyata daxil etməsi bu elmin böyük dərəcədə
inkişafına səbəb oldu. Dəyişən kəmiyyətlər anlayışından sonra riyaziyyata
funksiya, kəsilməzlik, törəmə, inteqral və s. anlayışlar daxil edildi. Riyazi
analizin yaranması bu dövrdə riyaziyyatın təbiəti dərketməyə güclü təsir edir.
Dördüncü mərhələ: XIX əsrdən sonrakı dövrü əhtə edir. Bu dövr abstrak
riyaziyyatın yaranması, riyazi modellərin formalaşması kimi xarakterizə olunur.
Klassik riyaziyyat həm elmin özü, həm də tətbiq sahəsi üçün çox darlaşır və
onların həqiqi vəziyyəti ilə zidiyyət təşkil etməyə başlayr. Riyaziyyatın tətbiq
sahəsinə onu idarə edən, aksiomlar sistemi olaraq müxtəlif riyazi struktur
təşkil edən ixtiyari təbiətli elementlər çoxluğunda təyin olunmuş əməliyyat və
münasibətlər yararanır. Bununla bağlı olaraq, müasir riyazi struktur təşkil
edən ixtiyari təbiətli elementlər çoxluğunda təyin olunmuş əməliyyat və
münasibət yaradır. Bununla bağlı olaraq müasir riyazi srukturla və onların
modelləri haqqında elim kimi təyin olunmağa başlayır.Riyaziyyat digər elimlər
kimi, iki səbəbdən daim inkişaf edir: 1. Həyati praktik tələblərdən, 2.
Riyaziyyatın daxili tələbatlarından.Riyaziyyatın inkişafı tenikanın,
iqtisadiyyatın, ictimayyətin idarə olunmasının digər elimlərin inkişafına böyük
təsir göstərir. Riyaziyyat başqa elimlərdən hansı cəhətləri ilə fərqlənir?
Sualına cavab olaraq abstraksiya küllüsü dəqiqlik, məntiqi ciddilik, formal
icbar üsulları, geniş istifadə olunması cavabını vermək olar. Elmin müstəqil
bir sahəsi kimi riyaziyyatın vacibliyindən onun cəmiyyətə xidmətindən,
xüsusilədə onu öyrənməyin söhbəti zamanı aşağıdakıları nəzərə almaq lazımdır.
1. Riyaziyyat- Dünya və onun qanunauyğunluqlarını açmaqda , təbiət və cəmiyyət
hadisələrini öyrənməkdə kainatın sirlərini aşkar etməkdə qüdrətli bir alət
vasitəsidir.2. Riyaziyyat- İkinci bəşəri əhəmiyyəti ondan ibarətdir ki,
riyaziyyat və onun öyrənilməsi fəlsəfəsi əhəmiyyət kəsb edir. O, dünya görüş
xarakterli məsələlərə müdaxilə etməyə qabildir.3. Riyaziyyat elminində özünə
məxsus estetik xüsusiyyətləri, romantikası var.Buna görə də onun öyrənilməsi
estetik cəhətdən böyük əhəmiyyət kəsb edir.

 
FORUM » ELM VƏ TƏHSİL » RİYAZİYYAT » RIYAZIYYATIN BIR ELM KIMI INKIŞAFI. (RIYAZIYYATIN BIR ELM KIMI INKIŞAFI HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...