ŞƏNBƏ, 2024-04-20, 2:53 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ÇOXBUCAQLI, KVADRAT VƏ DÜZBUCAQLI HAQQINDA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » RİYAZİYYAT » ÇOXBUCAQLI, KVADRAT VƏ DÜZBUCAQLI HAQQINDA (ÇOXBUCAQLI, KVADRAT VƏ DÜZBUCAQLI HAQQINDA)
ÇOXBUCAQLI, KVADRAT VƏ DÜZBUCAQLI HAQQINDA
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 5:58 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
ÇOXBUCAQLI

'Çoxbucaqlı — qapalı sınıq xətt kimi təyin olunan həndəsi fiqur. Onun 3 müxtəlif tərifi mövcuddur:

1. Qapalı müstəvi sınıq xətt

2. Öz-özünü kəsməyən qapalı müstəvi sınıq xətt;

3. Sınıq xətlə əhatələnmiş müstəvi hissəsi.

Çoxbucaqlını əməıə gətirən sınıq xəttin təpə nöqtələri çoxbucaqlının təpə nöqtələri, parçalar isə çoxbucaqlının tərəfləri adlanır.

* Çoxbucaqlının bir tərəfinin uc nöqtələri qonşu təpə nöqtələri adlanır.
* Qonşu olmayan təpə nöqtələrinin birləşdirən parça çoxbucaqlının diaqonalı adlanır.

Çoxbucaqlının növləri

Çoxbucaqlının üç təpə nöqtəsi varsa — üçbucaq, dörd təpə nöqtəsi varsa, —dördbucaqlı, beş təpə nöqtəsi varsa, — beşbucaqlı, ümumiyyətlə, n təpə nöqtəsi varsa, n-bucaqlı adlanır.

DÜZBUCAQLI

Düzbucaqlı - bütün bucaqları düz bucaq (90°) olan paraleloqrama deyilir. Düzbucaqlınin qarşı tərəfləri bərabərdir. Tərəfləri a və b olan düzbucaqlının perimetri 2(a+b)-yə, sahəsi isə ab-yə bərabərdir.

KVADRAT

Kvadrat — bütün tərəfləri bərabər olan düzbucaqlıdır. Tərəfinin uzunluğu a olan kvadratın perimetri 4a, sahəsi isə a²–na bərabərdir.

 
FORUM » ELM VƏ TƏHSİL » RİYAZİYYAT » ÇOXBUCAQLI, KVADRAT VƏ DÜZBUCAQLI HAQQINDA (ÇOXBUCAQLI, KVADRAT VƏ DÜZBUCAQLI HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...