CÜMƏ AXŞAMI, 2024-04-18, 3:56 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ PHOTOSHOP NƏDİR? - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Ravan  
FORUM » VEBMASTERLƏR ÜÇÜN » PHOTOSHOP DÜNYASI » PHOTOSHOP NƏDİR? (PHOTOSHOP HAQQINDA ƏTRAFLI MƏLUMAT)
PHOTOSHOP NƏDİR?
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-23, 5:36 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Photoshop
qrafiklərinizi və şəkillərinizi bir formadan digər formaya salmağa və
ya təsəvvür etdiyiniz bir şeyi düzəltməyə kömək edən proqramdır
.

Proqram
vasitəsilə rənglərdə dəyişiklik, şəkli işıqlı və ya qaranlıq, ölçüsünü
kiçildib, böyüdə bilərsiniz, bunlarla yanaşı bir çox gözəl
xüsusiyyətləri var.Bu proqramdan demək olar ki, Jurnal, qəzet və bu tip
bir çox sahələrdə geniş istifadə olunmaqdadır.

�� �Photoshop`dakı soldakı menu nədir?

Photoshop`u
açdıqda sol tərəfdə menu görürük.Bu menu-nu aşağıdakı şəkildə işarələrə
uyğun olaraq izah etməyə çalışacağam.şəkil Photoshop 6.0`dakı
menudur.Ancaq Photoshop`un son versiyalarında da elədə bir dəyişiklik
yoxdur, ona görə narahat olmayın.


1.Seçim aləti (Rectangual Marquee Tool)Bu alət vasitəsilə rəsim üzərində istədiyimiz sahəni seçə bilərik. Qısa yol düyməsi (M)
Mouse-un sol düyməsi ilə bu alətin üzərinə sıxdıq da bizə 4 seçim təqdim edir.
1.Düzbucaqlı seçim aləti (Rectangual Maqrquee Tool)- bu alət vasitəsilə kvadrat və ya düzbucaqlı seçimlər edə bilərsiniz.
2.Elips şəkillə seçim aləti (Elipticall Marquee Tool) � elips və ya dairə şəklində seçimlər edə bilərsiniz.
3.Tək sıra seçim aləti (Single Row Marquee Tool) �Tək sıra xətt seçimləri edə bilərsiniz.
4.Tək sütun seçim aləti (Single Columb Marquee Tool)-Tək sütun xətt seçimləri edə bilərsiniz.

2.Hərəkət etdirmək aləti (Move Tool) Layer-ləri, şəkilləri və ya seçili sahələri bir yerdən başqa bir yerə aparır.Qısa yol düyməsi (V)

3.Kəmənd aləti ( Lasso Tool)

Bu alət vasitəsilə də seçim edə bilərsiniz, lakin bu alətin fərqi
ondadır ki, bunla daha dəqiq seçimlər və hətta piksel-piksel seçimlər
belə edə bilərsiniz.Qısa yol düyməsi (L)

Mouse-un sol düyməsin sıxdıqda bu alət bizə 3 seçim təqdim edir.

1.Kəmənd
aləti (Lasso Tool) � Mouse-un sol düyməsin sıxıb, buraxmadan
istədiyiniz sahəni seçin, ancaq başladığınız yerdə seçimi tamamlayın.

2.
çox bucaqlı Kəmənd aləti (Polygonal Lasso Tool ) � Mouse-un sol
düyməsin tək-tək sıxaraq rəsim üzərində seçim edə bilərsiniz, burada da
seçimi tamamladığınız yerdə bitirməniz lazımdır.

3.Maqnit Kəmənd
aləti (Magnetic Lasso Tool ) � Piksel tanıma üsuluna uyğun işləyir.Eyni
rəng pikselləri seçir.Etməniz gərəkən tək şey müəyyən bir nöqtədə
seçimə başlamaq və istədiyiniz istiqamətdə aləti aparmaq, ancaq
mouse-un sol düyməsin sıxmayın, alət özü seçim edəcək, sonra isə
başladığınız yerdə seçimi tamamlayın.

4.Sehrli çubuq aləti (Magic Wand Tool )
Piksel tanıma üsuluna görə işləyir.Məsələn: müəyyən bir sahədə qara
rəng var, bu rəngləri seçmək istəyirsiniz, bu aləti seçin və bir dəfə
həmin sahəyə mouse-un sol düyməsi ilə sıxın.Qısa yol düyməsi (W)

5.Kəsmək üçün alət (Crop Tool) - Kəsmək
üçün istifadə olunur.Müəyyən bir rəsmin üzərinə bu aləti gətirin və
mouse-un sol düyməsin sıxıb qalmasını istədiyiniz hissəni seçin, sonra
isə ENTER düyməsinə vurun seçimin kənarında qalan hissələr
silinəcəkdir.Qısa yol düyməsi ©

6.Dilim aləti (Slice Tool) Adətən Web səhifələr hazırlanarkən istifadə olunur.Qısa yol düyməsi (K)

7.Ləkəli iz verən fırça aləti (Spot Healing Brush Tool) Müəyyən bir hissəyə vurduqda oranı rəngləyir amma tam rəngləmir.

8.Fırça aləti (Brush Tool ) Hara vurulursa oranı tam rəngləyir.Qısa yol düyməsi (B )
üzərinə sıxdıq bizə 2 seçim təqdim edir.

1.Fırça aləti
2.Qələm aləti

9.Kopyalama möhür aləti ( Clone Stamp Tool ) Piksel tanıma üsuluna görə işləyir.şəkillər üzərində daha çox istifadə olunur.Qısa yol düyməsi (S).

üzərinə sıxdıqda 2 seçim təqdim edir.

1.Kopyalam
Möhür aləti (Clone Stamp Tool )- müəyyən bir hissənin üzərinə aləti
gətirib ALT düyməsin sıxılı saxlayaraq mouse-un sol düyməsin bir dəfə
sıxırıq, sonra seçdiyimiz hissəni yapışdırmaq istədiyimiz yerə gəlirik
ancaq mouse-un sol düyməsin sıxırıq.

2.Nümunə möhürləmə aləti
(Pattern Stamp Tool )- Bu aləti aktivləşdirdikdən sonra yuxarıda sizə
seçim veriləcək, oradan istədiyiniz nümunəni seçib istifadə edə
bilərsiniz.

10. Tarix fırçası aləti (History Brush Tool )

Rəsminiz üzərində nə edirsinizsə edin, hansı effekti tətbiq edirsinizsə
edin, ancaq bu aləti istifadə edərək ilk vəziyyətinə qaytara bilərsiniz
rəsmi.Lakin unutmayın ki, rəsmin ancaq bir hissəsin qaytara bilir.Qısa
yol düyməsi (Y)

üzərinə sıxdıqda 2 seçim təqdim edir.

1.Tarix fırçası aləti (History Brush Tool ) � Rəsminizi ilk başlanğıc halına qaytarır.

2.Tarixi sənət fırçası aləti (Art History Tool ) � Bu xüsusiyyət vasitəsilə rəsminizi pastellə çəkilmiş şəklə sala bilərsiniz.

11.Silmək aləti (Eraser Tool) Pikselləri yox edərək silir.Qısa yol düyməsi (E).

üzərinə sıxdıqda 3 seçim təqdim edir.

1.Silmək aləti(Eraser Tool)- Mouse-un sol düyməsi sıxılaraq istənilən sahə silinə bilər.

2.Arxa fon silmək aləti (Background Eraser Tool)- bunun vasitəsilə rəsimlərimizin arxa fonunu silə bilərik.

3.Sehirli silgi aləti (Magic Eraser Tool )- bunun vasitəsilə müəyyən bir sahə bir dəfəyə silinə bilər.


 

�� �12.Rəng qutusu aləti (Paint Bucket Tool) Müəyyən bir yeri tam olaraq rəngləməyə, qeyri-adi rəngdən rəngə keçid xüsusiyyətləri var.Qısa yol düyməsi (G).

üzərinə sıxdıqda 2 seçim təqdim edir.

1.Keçid
aləti (Gradient Tool) � Bu aləti seçdikdən sonra yuxarıda sizə müxtəlif
keçid növləri təklif edilir.Onlar vasitəsilə hər hansı bir obyekti
qeyri-adi rəngdə rəngləyə bilərsiniz.

2.Rəng qutusu aləti (Paint Bucket Tool) � bu alət vasitəsilə hər hansı bir yeri tam olaraq həmin rəngdə rəngləyə bilərsiniz.

13. Bulanıqlıq aləti (Smudge Tool) Mouse-un sol düyməsin sıxaraq və ya bir dəfə sıxaraq rəsim üzərində dəyişiklik edilir.Qısa yol düyməsi ®.

üzərinə sıxdıqda 3 seçim təqdim edir.

1.Bulanıqlıq aləti (Smudge Tool) � Rəsimlərinizə bulanıqlıq əlavə edir.çox etməmək şərtilə gözəl görüntülər əldəedə bilərsiniz.

2.?tiləşdirmək aləti (Sharpen Tool ) � Bulanıqlığın əksidir.Rəsimlərin üzərindəki bulanıqlıqları aradan götürür.

3.Tutqunlaşdırmaq aləti (Blur Tool ) � ən çox rəsimlər üzərində estetik işlər gördükdə işlənir.


14. Hiylə aləti (Dodge Tool) Mouse-un sol düyməsin sıxılıb işlədilir.Rəsmin üzərinə işiqlıq verir.Qısa yol düyməsi (O).

üzərinə sıxdıqda 3 seçim təqdim edir.

1.Hiylə aləti (Dodge Tool)- Rəsmə işıqlıq verir.

2.Yandırmaq aləti (Burn Tool) � Rəsmin üzərində tündləşdirilmiş sahə əmələ gətirir.

3.Süngər aləti (Sponge Tool ) � Rəsmin rəngini artırmanıza və ya azaltmanıza kömək edir.

15.Yazı aləti (Type Tool) Yazı yazmaq üçün istifadə olunur.Qısa yol düyməsi (T).

üzərinə sıxdıqda 4 seçim təqdim edir.

1.üfüqi yazı aləti (Horizontal Type Tool )- Yazılarınızı üfüqi istiqamətdə yazmanıza kömək edir.

2.şaquli yazı aləti (Vertical Type Tool )- Yazılarınızı şaquli istiqamətdə yazmanıza kömək edir.

3.üfüqi
seçmə yazı aləti (Horizontal Type Mask Tool)- Yazılarınızı üfüqi
istiqamətdə yazıb, onların ölçüsü qədər yeri seçmənizə kömək edir.

4.
şaquli seçmə yazı aləti (Vertical Type Mask Tool ) - Yazılarınızı
şaquli istiqamətdə yazıb, onların ölçüsü qədər yeri seçmənizə kömək
edir.

16.Qələm aləti (Pen Tool)Rəsim üzərində foreground-da olan rəngdə seçilmiş yeri rəngləyir.Qısa yol düyməsi (P).


17.Düzbucaqlı aləti (Rectangle Tool ) Rəsim üzərinə və ya layer üzərinə düzbucaqlı çəkməyə kömək edir.Qısa yol düyməsi (U).

üzərinə sıxdıqda 6 seçim təqdim edir.

1.Düzbucaqlı aləti (Rectangle Tool )
2.ətrafları dairəvi düzbucaqlı aləti (Rounded Rectangle Tool )
3.Elips aləti (Ellipse Tool)
4.çoxbucaqlı aləti (Polygon Tool )
5.Xətt aləti (Line Tool)
6.ənənəvi forma aləti (Custom Shape Tool)

Yuxarıda qeyd olunan alətlər vasitəsilə adlarına uyğun formada həndəsi fiqurları rəsim üzərində və ya layer-də çəkə bilərsiniz.

18.Not aləti (Notes Tool ) Rəsim üzərinə not və ya səs əlavə edə bilərsiniz.Qısa yol düyməsi (N).

üzərinə sıxdıqda 2 seçim təqdim edir.

1.Not aləti (Notes Tool)- Rəsmə not əlavə etmək olur.

2.Səs aləti (Audio Annotation Tool)- Rəsmə səs əlavə etmək olur.

19.Damcılatma aləti (Eyedripper Tool) � Rəsim üzərində istədiyiniz rəngi foreground olaraq təyin edir.Qısa yol düyməsi (I).

üzərinə sıxdıqda 3 seçim təqdim edir.

1.Damcılatma aləti (Eye per Tool)- Rəsim üzərindən istədiyiniz rəngi foreground olaraq təyin edir.

2.Rəng
nümunə aləti (Color Sampler Tool)- Seçdiyiniz rəng haqqında məlumat
verir.Bu aləti seçdikdən sonra Window>>Info açın, məlumatları
orada görəcəksiniz.

3.ölçü aləti (Measure Tool)- Bu alət
vasitəsilə iki nöqtə arasındakı məsafəni və digər məlumatları öyrənə
bilərsiniz.Mouse-un sol düyməsin sıxıb iki nöqtəni qeyd etdikdən sonra
yuxarıda bütün məlumatlar verilir.

20.əl aləti (Hand Tool)- Ekranınıza yerləşməyən rəsimləri görə bilmək üçün istifadə olunur.Qısa yol düyməsi (H).

21.Yaxınlaşdırma aləti (Zoom Tool)Rəsimləri
yaxınlaşdırır.Mouse-un sol düyməsin sıxdıqca yaxınlaşır.ALT düyməsinı
sıxılı saxlayıb mouse-un sol düyməsin sıxdıqda uzaqlaşdırır.

22.ön və arxa rəng (Foreground və Background colours)

Photoshop`da istifadə olunan rənglər buradan təyin olunur.Foreground və
ya Background üzərinə gəlib, mouse-un sol düyməsi ilə bir dəfə sıxsanız
qarşınıza rənglərdən ibarət cədvəl çıxacaqdır, oradan istədiyiniz
rəngləri təyin edə bilərsiniz.

 
FORUM » VEBMASTERLƏR ÜÇÜN » PHOTOSHOP DÜNYASI » PHOTOSHOP NƏDİR? (PHOTOSHOP HAQQINDA ƏTRAFLI MƏLUMAT)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...