Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-23, 5:17 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| 3D MAX STUDİO Əvvəlcə 3D proqramlarından danışım. Günümüzdə 30-a yaxın 3D proqramı var. Bunlardan ən çox 5-6 proqram daha vacib yerlərdə istifadə olunur və tanınınr.
Maya 3DS MAX Houdini Softimage XSİ Lightwave Cinema 4D Modo Blender Rhinoceros
Ölkəmizdə ən çox istifadəçiyə malik olanı 3DS Max-dır. Autodesk şirkərtinə aid olan 3DS Max və Maya , Oyun dizaynı və Film istehsalında çox istifadə olunur. Rəqabət geniş olduğundan bütün şirkətlər öz satışa çıxardıqları proqramları daha da təkmilləşdirirlər. Rəqabətdə önə keçməyin ən asan yollarından biri də məşhur proqramları öz tərkiblərinə qatmaqdır. Autodesk şirkəti Avid şirkətindən Softimage XSİ proqramını alaraq çox gözəl üçlük yaratmış oldu.
Hər şirkətin proqramları ayrı-ayrı olsada , 3d xüsusiyyətləri çox oxşardır. Bu proqramlardan 1-ni yaxşı öyrənsəniz digər proqramları eyni səviyyəyə çatdırmaq uzun zaman tələb etməyəcək. Səhnələrin , animasiyaların düzəldilmə mərhələləri də hamsında eynidir. Sizə bu mərhələlər haqqında məlumat verim.
1.Modelling - Bunu bir heykəltəraşlıq kimi də düşünmək olar.
2. Texturing - Modellərin rənglənməsi , üzərinə materialın əlavə olunması. Yadınızda saxlayın ki, gördüyünüz işin baxımlı olmasının 80%-i bu mərhələdən asılıdır. Çox sadə modelləri çox gözəl rəngləyərək, əla və baxımlı işlər əldə etmiş olarsınız. Texturingi uğurlu həyata keçirmək üçün 2d proqramlarını ( Photoshop və.s) yaxşı bilməyiniz vacibdir.
3.Lighting - İşıqlandırma. İşıqların yerini , gücünü , tipini dəyişərək fərqli-fərqli görüntülərin şahidi ola bilərsiniz. İşıqlandırmanı güclü bilənlərin işləri daha baxımlı və cəlbedici olur.
4.Compositing - Modelin real şəkillə birləşdirilməsidir. Modeli həqiqi şəkilə yerləşdirərkən orijinallığa diqqət edilməli və hava şəraiti , işıq , kölgə və.s ciddi nəzərə alınmalıdır.
5.Rendering - Bu mərhələdə işinizin son halını daha düzgün hesablamalarla görəcəksiniz. Bütün hesablamalar real həyata görə , təbiətin xüsusiyyətlərinə əsaslanaraq aparılıb. Proqramın işləmə səhnəsində görə bilməyəcəyiniz bəzi halları ( Parıldamalar , işıq , işığın sınması , əks etdirmələr və.s) renderdən sonra görünəcək . Render edilmiş səhnənizi şəkil və ya video formatında kompyuterinizə köçürdə bilərsiniz.
Bu dəfəki məlumatlar da bu qədər. Nəzərə alın ki, mən Animasiya və onun mərhələləri , novləri haqqında məlumat vermədim. Hərkəsə uğurlar.
|
|
| |