CÜMƏ AXŞAMI, 2024-04-25, 10:33 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ 3D HAQQINDA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » VEBMASTERLƏR ÜÇÜN » KOMPYUTER DÜNYASI » 3D HAQQINDA (3D HAQQINDA MƏLUMAT)
3D HAQQINDA
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-23, 5:16 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
 
 
Bildiyimiz kimi qrafika 2D və 3D olur. 2D-də ancaq x , y oxları mövcuddur. Şəklin dərinliyi olmur. 3D aləmi isə x,y və z oxlarından ibarətdir. Dərinliklərə getmək olur , hazırladığınız səhnənin hər tərəfinə keçidlər mümkündür. Muxtəlif kameralar vasitəsilə 3D işlərinizin hər yerindən görüntülər əldə edə bilərsiniz.

3D dövrümüzün ən vacib hissələrindən birinə çevrilmişdir. Kinolarda , Animasiya filmlərində ( Shrek , İce Age və.s) , 3D Oyunlarda , TV proqramlarda , Reklamlarda və.s yerlərdə sıx-sıx istifadə olunur.

3D ilə maraqlanan və bununla məşğul olmaq istəyən dostlara 1 neçə məsləhətim olacaq. Bu işə çox böyük həvəs və ən əsası səbrlə başlamaq lazımdır. Səbriniz yoxdursa indidən 3D ilə vidalaşmağınız məsləhətdir. Əgər bu işə siz əyləncə kimi baxırsınızsa və bu proqramı istəfadə edəcəyinizdə əylənəcəyinizi düşünürsünüzsə , sizə bildirməliyəm ki, ilk 3-4 ayda (öyrənmə vaxtlarında) 3D proqramlarından zövq ala bilməyəcəksiniz , əylənmək imkanınız olmayacaq. Bəzən çox darıxdırıcı ola bilər , hətta "mən niyə bu proqramlarla vaxt itirirəm" kimi fikirlər düşünəcəyiniz vaxtlar da olacaq. Ama səbrli olub öyrənməyə davam etsəniz, səhnələr yaratdığınız an əylənəcəksiniz və nəticəni görəndən sonra işinizdən zövq alıb , qürur hissi duyacaqsınız. Bu işdə tələsmək olmaz . 3 günə fantastika , dəhşətli səhnələr , maşınlar , animasiya filmləri və.s yarada bilməyəcəksiniz . Bu mümkün deyil. Hər hansısa baxımlı iş hazırlamaq üçün ilk öncə bir neçə ay dərslər oxumağınız, 3D proqramı ilə çox məşğul olmağınız lazımdır . Bir maşın hazırlamaq üçün , illərlə 3D ilə məşğul olmuş , təcrübəli profesionallar belə , həftələrlə modelin üzərində işləməli olurlar. Sonra isə bir neçə müddət 2D proqramlarında onu rəngləyib hazır hala gətirirlər.

3D haqqında sizə az da olsa məlumat verməyə çalışdım. İnşallah hər gün sizlərə məlumatlar , dərslər və suallarınıza cavablar hazırlayacam. 3D haqqında məlumatın davamı var. Gələn dəfə sizə 3D səhnələrin , animasiyaların hazırlanma mərhələləri barədə məlumat verməcəm. Yaxın günlərdə oxuya biləcəksiniz. İndidən təşəkkürlər.
 
FORUM » VEBMASTERLƏR ÜÇÜN » KOMPYUTER DÜNYASI » 3D HAQQINDA (3D HAQQINDA MƏLUMAT)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...