CÜMƏ, 2024-12-27, 4:49 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ KOMPYUTERDƏ BİLMƏDİYİNİZ GİZLİ SİRLƏR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
KOMPYUTERDƏ BİLMƏDİYİNİZ GİZLİ SİRLƏR
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-23, 5:12 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR

WWW.NARIMAN.TK

 

Menyularda gəzmək daha
sürətlidir.

Yalnız Windows XP üçündür…Menyuların açılışın
sürətlənməsi üçün START(Pusk)Run(Vıpolnit)regedit yazın.

Açılan pəncərədən HKEY_CURRENT_USERControlPanelDesktop qovluğunun üstünə 1 dəfə
klik edin edin və sağ tərəfdə açılan faylların içindən MenuShowDelay seçin.
Açılan pəncərədəki 400 (və və ya hər hansı bir rəqəm ola bilər) rəqəmini 0
edin. Bu qədər.






İnternet Explorer-da açılış səhifəsinin dəyişməməsi, blok etmək və açmaq

Bəzən İnternet Explorer-da açılış səhifəsi (HomePage) blok olur. Dəyişə
bilmirik. Və yaxud istəmədiyimiz halda müəyyən səbəblərdən dəyişir. Açılış
səhifəsinin həmişə eyni qalmağı üçün və ya blok olunubsa açılmağı üçün bu
yazdıqlarımı edə bilərsiniz.

START(Pusk)Run(Vıpolnit)regedit yazın.

Açılan pəncərədən HKEY_CURRENT_USERSoftwarePoliciesMicrosoftInte rnet
ExplorerControl Panel qovluğuna 1 dəfə klik edin və sağ tərəfdə açılan HomePage
faylını seçin.

Əgər blok olunubsa burdakı rəqəm 1 olacaq. Açmaq üçün 1 rəqəmini silib 0 yazın.

HomePage=0 (açıq)

HomePage=1 (bağlı)

Əgər istəyirsizsə heç vaxt dəyişməsin onda İnternet Explorer açın Toolsİnternet
Options-dan istədiyinizi yazıb sonra yuxarıdakı kimi blok edə bilərsiniz. Blok
olunduğunu yoxlamaq üçün yenidən Toolsİnternet Options-a girin. Açılış səhifəsi
aktiv deyilsə deməli blok olunub.




Kompyuterinizin sürətinin az olduğunu deyənlər. Çarəsi
burda…


Özüm yoxladım. Həqiqətən yaxşıdı. START(Pusk)Run(Vıpolnit)sysedit.exe yazırıq

Açılan pəncərənin içərisindəki pəncərələrdən System.ini pəncərəsini qabağa
çəkirik. Sətirlərin birində belə bir yazı var [386enh] Bu yazının altında yeni
bir sətir açıb belə yazırıq Irq14=4096 Daha sonra File menyusundan Save edib
bağlayırıq və kompyuteri keçirib yandırırıq.
Fərqi hiss edəcəksiz.



Ustanovka i udalenie program-dan silinməyən programlar.

Bəzən elə programlar olurki onları kompyutrdən silirik ama Panel upravleniya-da
olan Ustanovka i udalenie program-dan silinmir. Əgər silmək istəyirsinizsə

START(Pusk)Run(Vıpolnit)regedit yazın.

Açılan qəncərədə
HKEY_LOCAL_MACHINESoftwareMicrosoftWindowsCurrentVersionUninstall qovluğunda
kopmyuterinizdə olan programların siyahısı var. Silmək istədiyiniz programın
qovluğunu seçin və Delete edin.





Sistemin super gücləndirilməsi…START(Pusk)Run(Vıpolnit)
seçin və bunu yazın.

Rundll32.exe advapi32.dll,ProcessIdleTasks

Bu qədər. Kompyuteri söndürüb yandırdıqdan sonra lap yaxşı olacaq..





XP Kompyuterin sürətli söndürülməsi.

Əgər kompyuterinizi söndürərkən çox gözləyirsinizsə bu yazdıqlarımı edin.

1. START(Pusk)Run(Vıpolnit)regedit yazın.

Açılan pəncərədə HKEY_LOCAL_MACHINE/SYSTEM/CurrentControlSet/Control qovluğuna
1 dəfə klik edin və sağ tərəfdə açılan fayllkarın içərisindən
WaitToKillServiceTimeout faylını seçin və dəyərini 200 edin.

2. START(Pusk)Run(Vıpolnit)regedit yazın.

Açılan pəncərədə HKEY_CURRENT_USERControl PanelDesktop qovluğuna 1 dəfə klik
edin və sağ tərəfdə açılan faylların içərisindən AutoEndTask DWORD seçin və
dəyərini 1 edin.

Artıq kompyuteriniz daha sürətli sönəcək.





İşçi stolunu göstər faylının yaradılması (svernut vse
okna)
Əvvəlcə istədiyiniz qovluğda bir Notepad (bloknot) yaradın. Sonra
isə aşağıda yazılanları həmin sənədə köçürün.

[Shell]

Command=2

IconFile=Explorer.exe,3

[Taskbar]

Command=ToggleDesktop

Sonra isə File(fayl) menyusundan Save as(soxranit kak) seçin. Hansı qovluqda
olacağını seçin və sənədin adını belə yazın uydaa.scf və Save(soxranit)
tıklayın.





Boot sənədləri ilə açılışı sürətləndirin.

START(Pusk)Run(Vıpolnit)regedit yazın.

Açılan pəncərədə HKEY_LOCAL_MACHINESoftwareMicrosoftDfrgBootOptimizeFunction
qovluğundan Enable faylını seçin və dəyərini Y yazın.




Pəncərələrin ölçüsü dəyişməsin...

Bir çox istifadəçi bundan şikayət edir. Hətta özümdə. Pəncərənin ölçüsünü
istədiyim kimi düzəldirəm, bağlayıb açandan sonra yenə əvvəlki halına qayıdır.
Bunun qarşısını almaq üçün bunları edin.

START(Pusk)Run(Vıpolnit)regedit yazın.

Açılan pəncərədə HKEY_CURRENT_USERSoftwareMicrosoftWindowsShellNoRoam
qovluğundakı BagMRU qovluğunu silin. Bu qədər.





İstədiyiniz qədər faylın adını eyni vaxtda dəyişmək.

Bunun üçün istədiyiniz faylları seçin və F2 düyməsini basın. Birinin adını
yazın, digərləri özü yazılacaq. Asan ancaq işə yarayan bir məlumatdı.




Sistem məlumatlarını öyrənin.

START(Pusk)Run(Vıpolnit)dxdiag yazın. Sistem məlumatlarını açılan pəncərədən
öyrənə bilərsiniz.





Bunların hamsını özüm yoxlamışam. Heç bir ziyan gəlməyib. Əksinə çox xeyri
oldu. Qaranlıq qalan nəsə olsa şərhlərdə yaza bilərsiniz. Öyrənmək
istədiklərinizi və problemlərinizi yaza bilərsiniz.



Əgər siz kompüterdə giriş parolunu unutmusuz
və girişi bərpa etmək istəyirsinizsə ilk növbədə nə edirsiz:

 

Login parol bölməsində parol yazılan yerdə parolu
unutmusuz? Xarakterli parolunuzun tapılmasında istifadə edilən açar sözdən
yararlanırsız. Yox əgər bu mümkün deyilsə o zaman sizə ən təhlükəsiz sistemdə
problem yaratmayan növünü təqdim edirəm. Digər üsullarda sizi əmin edirəmki
sisteminizdə problem yaranacaq. Bunun üçün nə etməli. Təhlükəsiz rejimdən
istifadə edərək kampüterə Administrator uçotuyla giriş etməyiniz lazımdır.

 

Təhlükəsiz rejim
nədir?

 

Təhlükəsiz rejim kampüterinizə müvəqqəti admin
uçotuyla giriş edərək kampüterinizdə baş verən nasazlığı düzəltmək üçündür.

Bunun üçün kampüteri açdıqdan sonra F8 düyməsini basırıq və qarşımıza çıxan
menyudan (safe mode) seçirik. Bundan sonra kampüterə administrator girişi
etdikdən sonra görəcəksiz ki, təhlükəsiz rejimdə monitorda ikonlar və mouse çox
böyük görsənir və adi açılışdan fərqlənir amma idarə eynidir.



Bunları etdikdən sonra istənilən userin parolunu dəyişib girişi bərpa
edirsiz.Nəzərinizə çatdırımki administrator kampüterdə istənilən userin
parolunu dəyişən uçotunu silə bilər və o kompüterin bütün idarə etməsinə
müdaxilə edə bilər.

 

Diqqət:

 

Administrator heç bir userin parolunu bərpa edə
bilməz, o yalnız parolu sıfırlaya bilər və yenisini əlavə edə bilər.



Administrator girişi kampüterə sistemin yazılışında da çox zaman parolsuz
qoyulur çünki parol qoymaq çox təhlükəlidir ki, xakerlər kampüterin admin parolunu
bilsə və dəyişsə siz bu kampüterdən daha istifadə edə bilməyəcəksiz buna görə
hər hansı userin girişini bərpa etmək olur.



Admin girişi parolla qoyulubsa o zaman userin bərpası mümkünsüzdür bunu yalnız
parol bilən edə bilər.

 
SevincTARİX: ÇƏRŞƏNBƏ, 2011-11-30, 11:28 PM | Message # 2
QRUP: Users
MESAJLAR: 1
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
hette qovluga "con" adi da vermek olar. bunu da men nezerden kecirmishem ve alinib..
 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...