ÇƏRŞƏNBƏ AXŞAMI, 2018-12-18, 1:57 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DEİZM - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » FƏLSƏFƏ » DEİZM
DEİZM
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2011-12-24, 2:02 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
DEIZM
Deizm (lat. deus - Tanrı) - Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını etiraf edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılamsını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizmin daxilində çoxlu cərəyanlar var. Deizmin sərt qanunları olmadığına görə onun sərhədlərini də müəyyən etmək çətindir. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir. Bundan əlavə Deizm Tanrının mövcudluğu ideyası ilə elmi qarşı-qarşıya qoymur, onları harmoniyaya salmağa çalışır.
Deistlərin dinlərdə olduğu kimi "müqəddəs" tikililəri, deizmə xidmət edənlər kimi anlayışları yoxdur. Sadəcə olaraq deistlərin kluba bənzər yığışa biləcəyi yığıncaqlar olur.
Deizmin yaradıcısı Herbert Çerberi (1583—1648) hesab edilir. Onun çiçəklənməsi "Maariflənmə dövrü"nə təsadüf edir (18-ci əsr). Yayılmasında İllüminatlar ordeninin böyük xidməti olmuşdur.
Deizm İncil, Quran, Tövrat və digər dini kitabların ilahiliyini inkar edir. Meyarlardan biri ondan ibarətdir ki, ənənəvi dinlər onlara xidmət edənləri cəhənnəm əzabları və digər anlayışlarla qorxudur və insanları azad düşüncədən və dünyanı dərketmədən məhrum edir.
Bəzi məşhur deistlər
Devid Yum, Maria-Fransua Volter, Jan Jak Russo, Jan Leron Dalamber, Tomas Cefferson, Benjamin Franklin, Çarlz Blaunt, Con Toland, Con Entoni Kollinz, Lüdviq van Bethoven, Erazm Darvin, Mixail Lomonosov və s.
 
FORUM » ELM VƏ TƏHSİL » FƏLSƏFƏ » DEİZM
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2018. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...