ÇƏRŞƏNBƏ, 2021-12-01, 12:58 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ 3000 İLLİK MÖCÜZƏ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » BUNLARI BİLMƏK MARAQLIDIR » 3000 İLLİK MÖCÜZƏ (3000 İLLİK MÖCÜZƏ)
3000 İLLİK MÖCÜZƏ
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-08-26, 6:58 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR


Londondakı məşhur Britiş muzeyində Mumiyalar adlı bir şöbə var.
Bu şöbədə ən çox diqqəti cəlb edən və hamını heyrətə salan səcdə vəziyyətində dayanan insan cəsədidir. Bu cəsədin bütün orqanları yerindədir. Hətta başındakı saralmış saçları, saqqalı belə, olduğu kimi qalıb. Cəsədin mumiyalanmamış vəziyyətdə olması insanı heyrətə salır. Belə ki, mumiyalanmış cəsədlərdə onun daxili orqanları çıxarılır. Ancaq bu cəsədə əl dəyməmiş və onun saxlanılması üçün heç bir kimyəvi maddədən istifadə olunmamışdır.
Maraqlıdır: insan cəsədi bir həftə ərzində tamamilə çürüdüyü halda, nə üçün bu cəsəd üstündən 30 əsr ötməsinə baxmayaraq olduğu kimi qalıb? Bu sualın cavabını Quranla izah etməyə çalışaq. Quran surələrindən birində Həzrəti Musa dövründə baş verən bu hadisə barədə geniş məlumat verilir. Eramızdan əvvəl, 1200-cü illərdə yaşayan Həzrəti Musanın azğın Fironla mübarizəsi əslində xeyirlə şərin mübarizəsini xatırladır. Firon bir dəfə yuxusunda dünyaya bir oğlan uşağının gələcəyini və onun hakimiyyətinə son qoyacağını görür. Ona görə də dünyaya göz açan bütün oğlan uşaqlarının öldürülməsi barədə fərman verir. Ancaq Allah Musanı qoruyur.
Həzrəti Musanın Fironla mübarizəsi Allah ona peyğəmbərlik bəxş edəndən sonra da davam edir. Bu mübarizədə Həzrəti Musa İsrail oğullarının həddindən artıq zülmə məruz qaldığını görüb, onlara Misiri tərk etməyi təklif edir. Beləliklə, İsrail oğulları Həzrəti Musanın başçılığı altında günlərin birində Misiri gizlicə tərk edirlər.
İsrail oğullarının Misiri gizlicə tərk etmələrindən xəbər tutan Firon bərk qəzəblənir. O dərhal qaçanların geriyə qaytarılması barədə göstəriş verir və orduya İsrail oğullarını təqib etmək tapşırığı verilir.
Həzrəti Musa Qırmızı dənizin sahillərinə yaxınlaşanda Fironun ordusunun arxadan yaxınlaşdığını görür. Qarşıda keçilməz dəniz, arxada isə güclü bir düşmən ordusu İsrail oğullarını bir anlığa çaşdırır. Onlar Həzrəti Musadan məsləhət istəyirlər. Həzrəti Musa dərhal əsasını dənizə vurur və dəniz iki yerə bölünür. Əvvəlcə, İsrail oğulları onlar üçün ayrılan bu yoldan keçməyə cürət etmirlər. Ancaq arxada güclü bir ordunun yaxınlaşdığını görüb, özlərini bu yola vururlar. Həzrəti Musa ilə birlikdə İsrail oğulları dənizin o biri tayına çıxanda Firon və əsgərləri dəniz sahilinə yenicə çatmışdılar. İsrail oğullarının sağ-salamat dənizin o biri tayına keçməsindən qəzəblənən Firon Allahın Həzrəti Musa vasitəsilə İsrail oğullarının xilasına səbəb olan bu möcüzəsindən yenə də ibrət dərsi götürmək istəmir. Firon və əsgərləri dərhal özlərini ikiyə bölünmüş dənizə vuraraq İsrail oğullarını təqib edirlər. Dənizin o biri sahilindən bunu izləyən İsrail oğulları yenə də təşvişə düşürlər. Ancaq Həzrəti Musa onları sakitləşdirərək kafirlərə nə bu, nə də o dünyada aman olmayacağını və Fironun ordusunun dənizdə qərq olacağını bildirir. Doğrudan da, Fironun orduları dənizin ortasına çatar-çatmaz dalğalar şahə qalxır və Firon və əsgərləri dənizə qərq olurlar. Bununla bağlı Yunus surəsinin 90 və 91-ci ayələrində deyilir: “İsrail oğullarını dənizdən keçirdik. Firon və əsgərləri onların arxasınca düşdülər. Firon batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa, tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” - dedi. Ancaq Allah Fironun imanını qəbul etmədi və Cəbrail vasitəsilə: “İndimi iman gətirirsən? Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad torədənlərdən olmuşdun!” - dedi.
Daha sonra eyni surənin 92-ci ayəsində Allahın dilindən belə deyilir: “Səndən sonrakılara ibrət olsun deyə, bu gün (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxu ayələrimizdən qafildirlər!”
Bütün bunlar Quranın haqq bir kitab olduğunu göstərir. Quran hələ 1400 il əvvəl Fironla bağlı ibrət dərsi barədə insanlara məlumat vermişdi. Doğrudan da, 30 əsr ərzində heç bir əzası çürümədən bu günümüzə qədər gəlib çıxan Fironun cəsədi Quranda deyildiyi kimi, bir Allah möcüzəsidir.
Yunus surəsinin 92-ci ayəsinin təfsirini verən Zəmahşəri özündən 8 əsr sonra tapılacaq Fironun cəsədini görürmüş kimi belə açıqlayır: “Səni dəniz kənarında bir yerə atacağıq. Cəsədin tam çürüməmiş, çılpaq olacaq. Sənin cəsədini gələcək insanlara bir ibrət dərsi olsun deyə qoruyub saxlayacağıq”. Beləliklə, ayə və təfsirlərdə deyilənlər bu cəsədin Firona aid olduğunu göstərir. Çünki həqiqətən də, ötən əsrdə Qırmızı dəniz sahillərindən tapılan bu cəsəd o vaxt çoxlarını heyrətləndirmişdi. Qərb alimləri heç cür bu müəmmalı hadisənin səbəbini izah edə bilmirdilər. Çünki Fironun cəsədinin mumiyalanmamış və əsrlər boyu iç orqanları çıxarılmamış halda saxlanılması, həqiqətən də, bir möcüzə idi. Tapılan cəsədin Firona aid olması da Qurana əsasən sübuta yetirildi. Fironun səcdə vəziyyətində tapılan cəsədi bir daha zülm və haqsızlığın gec-tez əvəzinin veriləcəyindən, haqq yolundan sapanların sonunun əbədi əzab və məşəqqət olacağından xəbər verir. O insanlar ki, Uca Allahın Fironun cəsədi ilə bizə göndərdiyi dərsdən ibrət götürmürlər, onların da sonu Fironunkundan fərqli olmayacaq. Ancaq nə yazıq ki, insanlar hələ də qəflət yuxusundadırlar. Kin, həsəd, paxıllıq bu gün də insanları fəlakətə sürükləməkdədir. Cəmiyyətdə baş verən mənəvi aşınmalar bəşəriyyəti yeni uçurumlara aparmaqdadır. Bunun qarşısını almaq üçün isə insanların yeganə bir çıxış yolu var: O da Fironun 30 əsr ərzində Uca Allah tərəfindən qorunub saxlanılan cəsədindən ibrət dərsi götürmək...

 
FORUM » ELM VƏ TƏHSİL » BUNLARI BİLMƏK MARAQLIDIR » 3000 İLLİK MÖCÜZƏ (3000 İLLİK MÖCÜZƏ)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2021. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...