CÜMƏ AXŞAMI, 2024-04-18, 4:15 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DÜNYANIN ƏN ZƏHƏRLİ CANLILARI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » BUNLARI BİLMƏK MARAQLIDIR » DÜNYANIN ƏN ZƏHƏRLİ CANLILARI
DÜNYANIN ƏN ZƏHƏRLİ CANLILARI
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2011-04-30, 12:11 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Hansı heyvanın dünyanın ən zəhərli heyvanı olduğunu söyləmək çox çətindir. Bunu neyə görə təyin edə bilərik? Bir ildə ən çox canlı öldürmə nisbətinə görəmi yoxsa ehtiva etdiyi zəhərli kimyəvilərə görəmi? Əslində yəqin bu heyvanları 'zəhərli' və 'öldürücü' olaraq qruplaşdırmaq daha doğrudur. Biz sizlər üçün dünyanın ən zəhərli heyvanlarının siyahısını hazırladıq. Elə isə dünyanın ən zəhərli 10 canlısı....

1. Qutu dənizanası
Ən öldürücülər siyahısındakı 1 nömrə qutu dənizanası deyilən bu varlıqlardır. 1954-cü ildən bəri cəmi 5 min 567 adamı öldürdü. İnsan bədəninə yapışdığında ifraz etdiyi toxinlə ürəyə pis təsir edərək sinir sistemini çökdürür.

2. Kral Kobra
Dünyanın ən uzun zəhərli ilanıdır. 6 metrə qədər çata bilir. Ümumiyyətlə ilanla bəslənir. Bu ilanın tək bir damcı bir insanı anında öldürməyə çatır. Tək bir zəhəri çox böyük bir Asiya filini də 3 saat içində öldürür.

3. Mərmər səthli ilbiz
Boyu kiçik amma təsiri böyükdür. Siyahıda üçüncü sırada iştirak edir. Zəhəri olduqca güclüdür. Zəhərinin bir damlası belə anında iyirmi adamı öldürməyə çatır. Ümumiyyətlə duzlu sularda yaşayırlar.

4. Mavi halqalı sprut
Normal ölçüdəki bir sprutdan çox daha kiçiklərdir. Ortalama golf topu böyüklüyündədirlər. Bədənində daşıdığı zəhərlə dəqiqədə 26 yetkin insanı öldürə bilərlər. Dünyanın ən təhlükəli heyvanları içində iştirak edir.

5. Ölüm ovçusu əqrəblər
Sanılanın əksinə əslində bir çox əqrəb zərərsizdir. Çox az növləri canlılara zərər verər. Lakin zərər verənləri də həqiqətən çox təhlükəlidir. Bu sarı rəngli əqrəblər dünyanın ən təhlükəli canıları arasında iştirak edir. Bir insanı soxduqlarında dirək komaya soxaraq iflic edir. Dişlədiyi canlının sonu da ölümlə nəticələnir.

6. Qaya balığı
Bu balıqlar gözəlik yarışına qatılsa hərhalda sonlarda iştirak edərlər. Görünüşləri olduqca çirkin olan bu varlıqlar balıq növündə ən zəhərli növ olaraq bilinir. Daş kimi görünən səthləriylə olduqca öldürücüdür.

7. Braziliyalı səyyah hörümçək
Guinnes Rekordlar Kitabında ən zəhərli hörümçək olaraq yerini alan bu hörümçək növü bir canlını anında öldürür. Zəhərinin 0.006 mgi bir siçanı anında yox edir. İşin pis tərəfi bu hörümçəklərlə gündəlik həyatımızda da içi içə yaşayırıq.

8. Zəhərli quru ilanı
Yalnız bir zəhəri eyni anda 100 insanı və 25 min siçanı öldürmə gücündədir. Kobra ilanından 200 və ya 400 qat daha zəhərlidir. Dişlədiyi bir insanı ən gec 45 dəqiqə içində öldürə bilir.

9. Zəhərli ox qurbağası
Zəhərli ox qurbağası olaraq bilinir. Zəhərini bədəninin üst səthində daşıdığı üçün toxunan insana belə zəhərini dərhal keçirə bilir. 5 santimetr böyüklüyündəki bu mavi varlıqların zəhərinin 2 mikrogramı anında 10 insanı və 20 min siçanı öldürür.

10. Balonbalığı
Onurğalılar içində ən təhlükəli ikinci heyvan olaraq bilinir. Yapon balığına bənzəyən görünüşüylə canlılar baxımından böyük təhlükə yaradır. Dişlədiyində canlıları iflic edir. Bir çox qurbanı da 24 saat içində ölür.

 
FORUM » ELM VƏ TƏHSİL » BUNLARI BİLMƏK MARAQLIDIR » DÜNYANIN ƏN ZƏHƏRLİ CANLILARI
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...