1. Angel Pantoja Medina: Cənazəsində ayaq üstə dayanmaq istədi Puerto Ricodakı bir cənazə evində, 24 yaşında həyata vida edən Angel Pantoja Medinanın cəsədinin ayaqda dayanmasını təmin etmək üçün xüsusi bir mumiyalama texnikası tətbiq olundu. New York Yankees şapkası və günəş eynəkləri taxan cəsəd cənazə əsnasında evin salonuna yerləşdirildi. Pantojanın qardaşı Carlos, Əl Nuevo Dey qəzetinə, "Angel ayaqda dayanmaq istəyərdi," şərhini etdi. San Juandakı bir körpünün altında ölü olan gənc adam 3 gün sonra torpağa tapşırıldı, anası oğulunun son istəyini bu şəkildə reallaşdırdı.
2. Helmsley: Trouble adlı itinə 12 milyon dollar miras qoydu
Leona Helmsley 87 yaşındaykən həyata gözlərini yumdu, sonra vəsiyyəti eşitdirildi. İti Troubleyə çox vurğun olan qadın ona 12 milyon dollarlıq miras buraxdı. Bu şəkildə Troublenin həyatının sonuna qədər lüks həyat içində yaşamasını təmin etmək istəyirdi. Öz qardaşı Alvin Rosenthala buraxdığı miqdar isə 10 milyon dollar oldu. Trouble də öldüyündə New Yorkdakı Sleepy Hollow qəbiristanlığına, Helmsleyin 1.4 milyon dollarlıq abidə məzarının yanına basdırılacaq.
Helmsley nəvələri Craig və Meeganı "onların bildiyi səbəblərlə" mirasından məhrum buraxdı, David və Walter Panzirerin hər birinə də 5 milyon dollar verilməsini istədi.
3. Samuel Bratt: Gündə 5 siqar çəkmək şərtiylə arvadına 560,000$ miras qoydu
Samuel Bratt yəqin ki necə intiqam alınacağını bilən biri imiş. Arvadı ona ən sevdiyi siqarlarını çəkməsinə əsla icazə vermirmiş. 1960-cı ildə ölən Bratt isə buna qarşılıq olaraq ona £330,000 (560,000$) miras qoymuşdur. Ancaq arvadının bu pulu ala bilməsinin tək şərti var; gündə 5 siqar çəkmək məcburiyyətindədir!
4. 9 Yaşındakı Jayla: ölməzdən əvvəl evlənmək istədi
Hər kiçik qız toy gününün xəyalini qurar. Böyük, dümağ bir gəlin paltarı və mükəmməl bir adam düşünər. Ancaq 9 yaşındakı Jayla Cooperin Bəy Dorunu gözləmək üçün zamanı yox idi. 2 ildir tollesimiya xəstəsi olan kiçik qız ölməzdən əvvəl evlənmək istədi. Dallasdakı uşaq xəstəxanasında köhnə bir xəstə olan ən yaxın yoldaşı Jose Griggs də kürəkən oldu. "Çox şirin birdir," dedi Jayla kıkırdayarak, "və onu sevirəm".
Kiçik cüt, Jaylanın son arzusunu yerinə yetirərək evləndi. Yoldaşlar və ailənin qatıldığı gözəl bir mərasimlə ər-arvad oldular. Salonda satılan çiçəklərdən toplanan pul ilə böyük miqdarlarda hədiyyə alındı.
5. T. M. Zink: Bütün pulunu qadınsız kitabxana yaradılması üçün bağışladı
1930-cu ildə ölən vəkilin qadınlara qarşı heç hörməti yox idi. Bu səbəblə həyatı boyunca yığdığı bütün pulu ölmədən əvvəl qadın yazarların əsərlərininolmadığı və qadın işçilərin işləmədiyi kitabxana təşkil etməyə ayırdı. Zink vəsiyyətinə 35,000$'ının "Zink qadınsız kitabxana" üçün xərclənməsini istədiyini yazdı. Kitabxananın qapılarında isə "Qadınlar Girə bilməz" lövhəsi asılı olacaqdı. Eyni vəsiyyətdə 5$ buraxdığı qızı bu proyektə müvəffəqiyyətlə qarşı çıxdı. Beləcə qadınsız kitabxana açılmadı.
6. Heinrich Heine: Yenidən evlənməsi şərtiylə bütün pulunu arvadına buraxdı
Şair Heinrich Heine 1841-ci ildə Parisdəki bir ayaqqabı dükanında çalışan təhsilsiz, kobud və pis xasiyyətli Eugenie Mirat ilə evləndi. Ölmədən əvvəl isə bütün pulunu yenidən evlənməsi şərtiylə arvadına buraxdı. Niyə? "Çünki bu cür öldüyümə kədərlənən heç olmasa bir adam olacaq," deyə açıqladı 1856-cı ildə həyatını itirən Alman şair.
7. Yene Rodenberry (Ulduz Trekin Yaradıcısı): Öldükdən sonra küllərinin kosmosa göndərilməsini istədi
Ulduz Trek fenomeninin yaradıcısı Yene Rodenberry, kosmosu və elm fantastikanı o qədər çox sevirdi ki cəsədinin yandırılaraq kosmosa göndərilməsini istədi. Son istəyi yerinə yetirildi, Rodenberryin külləri 1997-ci ildə İspaniya peyki ilə kosmosa göndərildi. Peyk, dünyanın ətrafında dönərkən küllər atmosferə buraxıldı. Arvadı da 10 il sonra öldüyündə təkrarlandı.
8. Jack Benny: Öldükdən sonra arvadına hər gün bir gül gətirilməsini təmin etdi
1974-cü ildə, Miladdan bir gün sonra həyata gözlərini yuman Jack Benny, yoldaşı Sayde ilə 48 ildir evli idi. Evlilikləri idealın çox uzağında idi. Saydenin iti dilli, israrçı və qürurlu olduğu deyilirdi. Jack isə çox eşqbaz idi. Ancaq arvadını sevirdi və ona bağlı idi. Bennyin cənazəsindən sonra gül satan Saydeyə qırmızı bir gül gətirdi. Sonrakı günlərdə də güllər gəlməyə davam etdi. Jack Benny vəsiyyətində, arvadına hər gün bir gül aparılması üçün pul ayırmışdı. Sayde, yoldaşının ona olan sevgisini xatırlayaraq 9 il daha yaşadıqdan sonra vəfat etdi.
9. Dorothea Edwards: Ürək batareyasını itinə bağışladı
80 yaşında həyatını itirən Dorothea Edwards, ailəsinə ürək batareyasını bir heyvana bağışlamalarını söylədi. Amerikan federal qanunlarına görə bir insanın müəyyən bir insana ürək batareyasını bağışlaması qadağan idi, ancaq qaydalarda heyvanlarla əlaqədar bir maddə yox idi. Buna görə Edwards ürək batareyasını Georgia Universiteti baytarlıq hissəsinə bağışladı. Şanslı varis 9.5 yaşındakı Alman çoban iti Sunshine oldu.
Sunshinenin köhnə sahibi fbiin Ən Çox Axtarılanlar siyahısında 2. Sırada idi. Fiziki və psixoloji müalicə görən itin doğuşdan ürək narahatlığı olduğu ortaya çıxdı. Sunshine, sonrasında edilən əməliyyatlar nəticəsində Qadın Edwards sayəsində sağlam bir şəkildə yeni bir həyata qovuşdu.