CÜMƏ, 2024-03-29, 6:56 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BERMUD ÜÇBUCAĞI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » BUNLARI BİLMƏK MARAQLIDIR » BERMUD ÜÇBUCAĞI (BERMUD ÜÇBUCAĞI)
BERMUD ÜÇBUCAĞI
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-22, 3:16 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
İnsanları narahat edən və qorxudan, minlərlər insanın yox olduğu, bir-birinin ardınca bir çox sirrlər saxlayan bu möcüzə nədir? İnsanlar hara yox olur? Naməlum dünyaya düşür, yoxsa sirli kosmik varlıqlar tərəfindən əsir götürülür?
1502-ci ildə ispan dənizçisi Bermudes Atlantik okeanında gəmilər üçün təhlükəli olan riflər (sualtı qayalar), saylarla (dayazlıqlar) əhatə olunan ada kəşf etdi. Bu təhlükələri uğurla dəf etsə də, buranı Şeytan adası adlandırdı. Elə onun adının şərəfinə həmin yer Bermud üçbucağı adlandırıldı. Atlantik okeanın bu müəmmalı ayonuna həm ciddi niyyətlə, həm də sensasiya axtarışı ilə onlarla ekspedisiya gəlmişdir. Saysız-hesabsız fərziyyələr irəli sürülmüşdür, çoxlu kitablar yazılmışdır, amma bu müəmmalı yerin sirri hələ də açılmamışdır.
Təqribən 20-ci əsrin ikinci yarısından sonra dünya mətbuatı bu təbii fenomenə diqqət yetirməyə başladı. "Bermud üçbucağının” müəmmalarına maraq göstərən tədqiqatçılar keçmiş zamanlardan indiyə kimi məlumat toplayırlar. Atlantikanın bu ərazisindən keçən Xristofor Kolumb müşahidə etdiyi qəribə hadisələri qələmə almışdır. Böyük səyyahı su səthinin qeyri-adi parıltısı və havaya qalxan od parıltısı valeh etmişdir.
Bermud üçbucağı yalnız həmin yerə aid deyil. Orada bermud adasının zirvəsidir. Atlantik okeanın xəritəsində Bermud üçbucağı öz klassik formasında kəsilməz xətlərlə təsvir olunur.

Bu yer: Bermud adası, Puerto-Riko, Floridadakı Mayamidən ibarətdir.
Amerika yazıçısı Ç.Berlitsa yazır: "Burada çoxlu gəmilər və təyyarələr heç bir iz qoymadan yox olurlar.Ancaq axtarış vaxtı nə bir cəsədə, nə də bir gəmiyə rast gəlinirdi. Bu havada da müşahidə olunurdu. Həmin ərazidə uçan təyyarə yoxa çıxırdı və onun da heç bir izinə rast gəlinmirdi. bU hələ yelkənli gəmilərin olduğu vaxtda da baş verirmiş.
Bermud üçbucağındakı hadisələrə bir az da olsa aydınlıq 1840-cı ildəki fəlakət gətirdi. Baqam adalarının paytaxtı Nassau limanı yaxınlığında rfansız yelkənli gəmisi aşkar etdilər-gəmi dreyfdə idi və onun "Rozali” gəmisi olduğu müəyyən olundu. Gəmidə bütün yelkənlər qaldırılmış, hər şey də öz yerində idi, yalnız idarə heyəti yox idi. Gəmini yoxladıqdan sonra gördülər ki, gəmi özü əla vəziyyətdədir, heç bir yerində sınıq və s. yox idi. Lakin idarə heyəti, insanlar harda idi??
Digər anlaşılmaz hadisə 1911-ci il iyunun 14-də dəmiryol gəzintisi vaxtı baş vermişdir. Roma vağzalındam gəzintiyə çıxan vaqon şəhərin görməli yerlərinə yol alır. Qatar yeni çəkilən dəmir yolu tunelinə yaxınlaşır. Qatardan atılmağa imkan tapan iki sərnişinin dediklərinə görə, birdən ətrafı ağ duamn bürüdü, qatar tunelə yaxınlaşdıqca duman qatılaşdı. Şahidlərin dediyinə görə, duman getdikcə yapşqan mayeyə çevrilirdi. Qatar tunelə girdi və yox oldu. On ildən sonra həmin qatar Poltava vilayətinin Zavaliçi kəndi yaxınlığında göründü. Maşinistin kabinəsi boş idi, pərdələr bağlı idi. Qeyri-adi hadisələr araşdıran komissiyanın sədri V.P. Leşatıy keçmişdən qayıtmış bu qatarı tədqiq etməyə cəhd etdi. Onun qeydlərinə görə qatar naməlum şəkildə zamanı keçərək bizim dövrə gəlmişdir. 1991-ci ildə həmin komissiyanın sədri Leşatıy özü bunu öyrənməyə cəhd etdi, lakin qatarın pilləkəninə tullanmağı ilə özü də yoxa çıxdı. Qatar hal-hazırda Zavaliçi kəndində dayanıb, lakin heç kəs onu öyrənməyə cəsarət etmir. Alimlər zamanın yerdəyişməsi ideyası ilə razılaşıblar.
Burada nəinki zaman möcüzələri baş verir, eləcə də buradakı insanların vaxtından əvvəl qocalmaları da müşahidə olunub.
Tədqiqatşıların fikrincə, vaxt bütün bədənə müəyyən təsir göstərmişdir. Amerikanın sualtı gəmisində qəribə hadisə baş vermişdir. Bermud üçbucağı ərazisində 70 metr dərinlikdə üzən gəmidə matroslar qəribə səs-küy eşitmişlər. Bunun ardınca onlar hiss etmişlər ki, heyət üzvləri çox sürətlə qocalmışlar. Həkimlərin cəhdinə baxmayaraq heyət geri qayıdandan sonra da qocalmış, əzələləri, görmə və eşitmə qabiliyyətləri pisləşmişdir. Bir sözlə, müəmma açıq qalır. Haqqında bu qədər müəmmalar yazılan bu yer görünür hələ uzun müddər sirli qalacaqdır.

 
FORUM » ELM VƏ TƏHSİL » BUNLARI BİLMƏK MARAQLIDIR » BERMUD ÜÇBUCAĞI (BERMUD ÜÇBUCAĞI)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...