Nariman_Qahramanli | TARİX: ŞƏNBƏ, 2011-12-24, 2:00 AM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| SATANIZM Satanizm şeytana ibadət, onu tanrı kimi qəbul etmək mənalarını bildirir. Satanizm eyni zamanda insanın özünü ilahiləşdirməsi, istək və arzularını həyatın yeganə məqsədi hesab etməsidir. Tarixdə satanizmə oxşar cərəyanlar olsa da, onlar əsasən gizli fəaliyyət göstərirdilər. XX əsrin əvvəllərində nisbətən açıq fəaliyyət göstərən Alister Krouli sehrbazlıqla məşğul olur, qanlı ayinlər təşkil edərək heyvanları öldürürdü. O, şeytan tərəfindən təlqin olunduğunu iddia etdiyi "Qanun Kitabı"nın müəllifidir. Krouleyə görə, insan nə istəsə, nəticəsini fikirləşmədən etməlidir. Ümumiyyətlə, bu fikir satanizmin əsas fəlsəfəsidir. Krouley həmçinin müqəddəs olan bütün məfhumlara həqarət etməyi, cinayəti və təcavüzü təbliğ edirdi. Satanizmin geniş yayılmasında və rəsmən kilsə kimi fəaliyyət göstərməsində Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində doğulmuş və sonralar Kaliforniyaya köçmüş Anton Szandor La Vey əsas rol oynamışdır. O, müasir satanizmin banisi hesab olunur. La Vey əvvəllər musiqiçi kimi fəaliyyət göstərmiş, sonralar sirkdə işləmiş və nəhayət morqda polis fotoqrafı vəzifəsində çalışmışdır. O, 1966-cı il aprel ayının 30-da Şeytan Kilsəsini qurmuşdur. Az sonra vahiməli filmlər çəkən bir rejissor tərəfindən filmə dəvət almış, orada iblis rolunda çıxış etmişdir. Qorxulu səhnələrlə dolu bu film onun şöhrətlənməsi üçün tramplin rolu oynamış və onu maraq dairəsinə çevirmişdir. La Vey həm də satanistlərin əsas kitabları hesab olunan "Şeytani İncil" kitabının müəllifidir. Dinə nifrət edən, müqəddəs dəyərləri təhqir etməyi xoşlayan, macəra axtaran çoxlu şəxs onun ətrafında toplanmışdır. La Vey və tərəfdarları dəhşətli ayinlər icra edir, insanları şeytana qurban verərək, onların başını, bədən üzvlərini kəsirdilər. Bəzi ayinlər zamanı qurbanın ətini yeyirdilər. Əsasən də uşaqlar, gənc qadınlar hədəf seçilirdi. İnsanlarla yanaşı, heyvanlar, o cümlədən pişiklərin kəsilməsi halları üstünlük təşkil edirdi. La Vey 1997-ci ildə vəfat etdi. Buna baxmayaraq, satanistlər onu unutmur, özlərinin idealı sayırlar. Satanizm İslamda Qurani-Kərimdə şeytanın insanı yolundan azdırmağa çalışması ilə bağlı bildirilir: "Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı". (Allah İblisə) "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu. (İblis) Mən ondan daha yaxşıyam (üstünəm), çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!" – dedi. (Allah) buyurdu: "Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaramaz. (Oradan) Çıx, çünki sən alçaqlardansan!" (İblis) dedi: "Mənə qiyamətə qədər möhlət ver!" (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən!" (İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!
Sonra onların qarşılarından və aralarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!" (Allah) buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!" (Əraf surəsi, 11-18-ci ayələr)
Ayələrdən də aydın olur ki, şeytan insanı düz yoldan çıxartmağı qarşısına məqsəd qoymuşdur.
|
|
| |