Nariman_Qahramanli | TARİX: ŞƏNBƏ, 2011-12-24, 1:59 AM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| ..:: "Holland sindromu" ::..
"Holland sindromu" (ingiliscə: Dutch Disease) - təbii resursların istismarı ilə istehsal sektorunun tənəzzülü arasında qarşılıqlı əlaqəni izah etmək üçün istifadə edilən iqtisadi konsepsiya. Nəzəri yanaşmaya görə, "Holland sindromu" şəraitində təbii sərvətlərdən daxil olan böyük gəlirlər milli valyutanın mübadilə kursunu artırmaqla istehsal sektorunun rəqabət qabiliyyətini zəiflədir. Holland sindromu bütünlükdə istehsal sektorunun sadəcə təbii sərvətlərdən asılılığını yaradır və digər sahələrin inkişaf perspektivini azaldır. Bu halda iqtisadiyyatda süni canlanma meydana gəlir kapital qoyuluşu da təbii sərvətlərin istismarına və daşınmasına sərf edilir. Təbii sərvətlər tamamilə istismar edilib bitdikdə isə sənaye qısa zamanda strukturunu dəyişə bilmir. XVIII əsrin sonlarında bir sıra neft çıxaran dövlətlər bu vəziyyətə düşmüşdülər. Holland sindromunun baş verməsini əngəlləmək üçün kapital qoyuluşu sənayenin bütün sahələri üzrə balanslı və tədricən paylanmalıdır. 1960-cı illərdə Hollandiya təbii qaz satmaqdan xeyli pul qazanırdı və birdən məlum oldu ki, qeyri-qaz sahələri tənəzzülə gedir. Sonralar "holland sindromu" adını alan bu fenomenin ilkin əlaməti odur ki, ya yerli pul ölür, ya da daxili istehsal.
|
|
| |