CÜMƏ AXŞAMI, 2024-04-25, 4:14 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SƏNİN GÖZLƏRİN (M.MÜŞFİQ) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » SƏNİN GÖZLƏRİN (M.MÜŞFİQ)
SƏNİN GÖZLƏRİN (M.MÜŞFİQ)
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 10:43 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Sənin gözlərinmi gənclik bağında,

Yoxsa nərgizlərin sayrışıb oynar?

Yoxsa çıxılmayan eşqin dağında

Ömrümün dirilik çeşməsi qaynar?

O qara gözlərin deyil parlayan,

Ulduzlar içimdə gecələrimdir.

Bəlkə də ruhuma aydınlıq yayan,

Bir sərin,ziyalı,yaz səhərimdir.

Qoy desin dünyanın el aşıqları

Bu şövqü kim mənim ruhuma yaydı,

Donardım ruhumun şən işıqları

Qəlbimin camında qırılmasaydı.

Qara qış üstümə tökər qarını

Nərgiz gözlərindən məni ayırsan.

Mənim ümidimin qapılarını

Neçin gah açırsan,gah qapayırsan?

Sənin gözlərinmi gənclik bağında,

Yoxsa nərgizlərin sayrışıb oynar?

Yoxsa çıxılmayan eşqin dağında

Ömrümün dirilik çeşməsi qaynar?

 
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » SƏNİN GÖZLƏRİN (M.MÜŞFİQ)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...