ŞƏNBƏ, 2024-12-28, 9:38 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ZÜLMƏ İTAƏT - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
ZÜLMƏ İTAƏT
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 10:42 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Kimə xoşdursa əsarət, eləyir zülmə itaət,

Nə şərafət, nə ləyaqət, eləyir zülmə itaət.

Bu zamanda, bu məkanda, bu şəhərdə, bu dalanda –

Bacaran can həyəcanda, o filan oğlu filanda –

Qarışıbdır nəyi qanda, ki, ötür ömrü yalanda...

Bunu zənn edir fərasət, eləyir zülmə itaət.

Dəyişibdir daha dövran, dəyişib bəlkə də insan.

Balaca tutdusa imkan, edəcək aləmi peşman.

Unudub əhdini “nadan”, eləyib bağrımı al-qan...

Törədir kin və ədavət, eləyir zülmə itaət.

Hələ vardır belə insan, özü insanlığa nöqsan.

Lap ola xanəsi viran, susacaqdır yenə vicdan,

Deyəcəkdir ki, - şirin can sənə qurban, sənə qurban...

Buna yaltaq edib adət, eləyir zülmə itaət.

O “gözəl, şux – pəri, rəna oyadıb qəlbdə sevda,

Gülü solmuş quru səhra görünür gözlərə ziba,

Kimə xoş gəlsə bu dünya, qalacaq sonda o, tənha...

Kimə yar oldu bu afət, eləyir zülmə itaət.

Təzə dövrün məsəlindən: - düzələr bəy də gəlindən.

Evimi sök təməlindən, bu gələr yaxşı əlindən.

Qaça bilsən əcəlindən, daha dönmə əməlindən...

Bürüyüb dəhri zəlalət, eləyir zülmə itaət.

Vətəni dandı vətəndaş, vətəni ağladı qan-yaş,

Yağacaq başımıza daş, məni düz düş başa qardaş.

Bacarıb milləti çaş-baş edə bir parə qələm-qaş...

Kim olur zalimə alət, eləyir zülmə itaət.

Saralıb, soldu çəmənlik, quruyub yandı düzənlik,

Bu elə bir təzə tənlikdi, nə mənlikdi, nə sənlik.

Demə itmiş daha mənlik, yox olub getmiş ərənlik...

Kimə vermir bu xəcalət, eləyir zülmə itaət.

Demirəm mən, demirəm sən, mənə sən tən, sənə mən tən,

Desən insanlığa düşmən birinin fikrinə əhsən,

Mala çəksən buna qəsdən, deyirəm mən sənə şəxsən –

Bu cinayətdi, cinayət eləyir zülmə itaət.

O Qiyamət günü ki, var, tanınar cümlə zülmkar,

Kim edibdir kimi vadar, ki, ola bir belə qəddar,

Sökə məscidləri “xunxar”, axı olmaz belə rəftar...

Tikilən başqa imarət eləyir zülmə itaət.

Hələ susmaz danışan dil, nə deyir gör yenə qail:

Tapılıb bir dənə qatil, nə qarışqa, yekə bir “fil”,

Doğulaydı o şikəst, şil, daha olmazdı bu nisgil...

Törədən böylə xəsarət, eləyir zülmə itaət.

Başı batmış qara qarğa, demə qarğa - qara sovxa,

Yetişib başlara darğa, o, salıb vəlvələ, qovğa.

Nədi ki, bircə tapança, axıda qanları bunca...

Belə qüvvətli “məharət” eləyir zülmə itaət.

Kim ölmüş, kim sağ var, hələ bizdən də qabaq var,

Kimdə sinədə dağ var, kiməsə arxa-dayaq var –

Düzü nahaqlara haqq var, o qədər qanmaz ulaq var...

Nə qədər olsa nəsihət, eləyir zülmə itaət.

Danşıb qəlbimi əzdim, bu cəmaətdən əl üzdüm.

Görübən haqsızı bezdim, yenə haqsızlığa dözdüm,

Düzə çatdım düzü gəzdim, düzə düz – düz sözü düzdüm...

Deməsin sonra cəmaət, eləyir zülmə itaət.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...