ŞƏNBƏ, 2024-12-28, 11:56 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ EŞQ, MƏHƏBBƏT YAŞAYIRSAN...(C.NOVRUZ) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
EŞQ, MƏHƏBBƏT YAŞAYIRSAN...(C.NOVRUZ)
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 0:31 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
EŞQ, MƏHƏBBƏT YAŞAYIRSAN...

Nə zaman ki, rast gəlirəm bir-bir qoşa gəzənlərə,
Bir-biriyçin yerdən çiçək, göydən ulduz üzənlərə,
Sevgi üçün hər cəfaya, hər əzaba dözənlərə
Düşünürəm bu cahanda müqəddəslik yaşar hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
***
Qoca olsun, cavan olsun, zərrə qədər fərqi yoxdur,
Kim ki, tənha yaşayırsa ruhu yoxdur, qəlbi yoxdur.
Xilqət üçün eşqdən böyük himn yoxdur, şərqi yoxdur,
Kafiri də sevən olsa, açar, gözəlləşər hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
***
Onun üçün nə millət var, nə qanun var, nə sərhəd var,
Ayaqları sayalıdır, onda xeyir-bərəkət var.
O cahanda hökmransa ədalət var, hürriyyət var,
O yox isə müdrik şəxslər ləyaqətdən düşər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
***
Onun adı çəkiləndə Əsli, Kərəm yada düşür,
Leyli, Məcnun yada düşür, dərd-ələm yada düşür.
Füzuli tək yanar ürək, sirli aləm yada düşür,
Onu məğlub etməyiblər nə bir zülm, nə şər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
***
Onu nə var, nə də zinyət əvəz edir bu dünyada,
Nə bir sərvət, nə bir qüdrət əvəz edir bu dünyada.
Məhəbbəti, tək məhəbbət əvəz edir bu dünyada,
Ondan qeyri-dəyərsizdir min cür ləli-gövhər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
***
Sən ona can vermisənsə, verəcəkdir o sənə can,
Qanımızda, canımızda çağlayır o ölənəcən.
Axırıncı nəfəsəcən, əzrayılı görənəcən,
Bizlər gəldi-gedəriyik o əbədi yaşar hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ. (C.NOVRUZ)

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...