ÇƏRŞƏNBƏ AXŞAMI, 2024-04-16, 1:45 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DAHA NAĞILLARA İNANMIRAM MƏN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » DAHA NAĞILLARA İNANMIRAM MƏN
DAHA NAĞILLARA İNANMIRAM MƏN
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 0:10 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Çapıb öz atını Ağ atlı getdi,

Atları şimşəkdən qanadlı getdi,

Uşaq yaddaşımı qanatdı getdi,

Daha nağıllara inanmıram mən.

Nənəmin inamı, dərdi nağıllar

Namərdə aldatdı mərdi nağıllar,

Bizi yuxulara verdi nağıllar,

Daha nağıllara inanmıram mən

Uşaq ovutmağa bir noğul idi,

Sözlərdə yaşayan bir ağıl idi,

Yaxşı adamlar da bir nağıl idi,

Daha nağıllara inanmıram mən

“Sim Sim” i sözlə yox zorla açdılar,

Tilsimi min cürə yolla açdılar,

Him – cimi möhürlü qolla açdılar,

Daha nağıllara inanmıram mən

Fatmalar ayağı kəndirdə qalmır,

Xəmrimiz küt gedir, təndirdə qalmır,

Qarğalar tülküyə daha aldanmır,

Daha nağıllara inanmıram mən

Acı həqiqətlər bal dadır indi,

Arısı olmayan bal satır indi,

Keçəli saçlılar aldadır indi,

Daha nağıllara inanmıram mən

Elə yuxularda atlar kişnədi,

Divləri qazana saldım, bişmədi.

Gözlədim, göylərdən alma düşmədi.

Daha nağıllara inanmıram mən!... (N.KƏSƏMƏNLİ)

 
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » DAHA NAĞILLARA İNANMIRAM MƏN
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...