CÜMƏ, 2024-04-19, 7:01 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ OXUTMURAM, ƏL ÇƏKİN! (M.Ə.SABİR) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » OXUTMURAM, ƏL ÇƏKİN! (M.Ə.SABİR)
OXUTMURAM, ƏL ÇƏKİN! (M.Ə.SABİR)
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-04, 1:52 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Gərçi bu bədbəxt özü elmə həvəskardır,
Kəsbi-kamal etməyə səyi dəxi vardır,
Məncə bu işlər bütün şiveyi-küffardır,
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır,
Sair uşaq kimi hər sözə aldanmayır,
Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Eyləmərəm rəhm onun gözdən axan yaşına,
Baxsın özündən böyük öz qoçu qardaşına,
Ölsə də verməm rıza şapqa qoya başına,
Kafir ola bir nəfər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?
Yatmaram əsla belə dinə dəyər sözlərə!
Bir kərə qan, müxtəsər, oxutmuram el cekin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Qoysanız öz oğlumu mən salım öz halimə,
Sənətimi öyrədib, uydurum əhvalimə,
Dün bu oxutmaq sözün ərz elədim alimə,
Söylədi : ”haza kəfər…”, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız,
Indi beş ildir tamam dinimə əl qatmısız,
Sevgili övladımı kafirə oxşatmısız,
Duydum işin sərbəsər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Satmaram öz əqlimi siz kimi laməzhəbə,
Razıyam oğlum gedə qəbrə, - nə ki məktəbə!
Məktəb adın çəkməyin, - mələbədir, mələbə!..
Əlhəzər, ondan həzər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Bəsdir o bildikləri, kaş onu da bilməsə!
Canıma olsun fəda bir də üzü gülməsə!
Ta ki, o zehnindəki fikrləri silməsə,
Sanma ola bəxtəvər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Fikrimi verməm əbəs siz kimi nadanlara,
Sövq edəsiz oğlumu bir para hədyanlara,
Çünki xəyanətçisiz cümlə müsəlmanlara,
Mənzilınizdir səqər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!

 
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » OXUTMURAM, ƏL ÇƏKİN! (M.Ə.SABİR)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...