BAZAR, 2024-12-29, 0:21 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏZLUMLUQ EDİB BAŞLAMA FƏRYADA ƏKİNÇİ. (M.Ə.SABİR) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
MƏZLUMLUQ EDİB BAŞLAMA FƏRYADA ƏKİNÇİ. (M.Ə.SABİR)
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-04, 1:37 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu keç vurma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözəl bu məvadə, əkinçi!
Lal o, a balam, başlama fəryadə əkinçi!

Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi mənə nə fəhləliyin badə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Aldı dolu eldən səru samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğanını, neylim?
Ol indi palas satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Söz açma mənə çox çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, əvr bəbəyindən!
Çəltik də gətir, arpa da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə, əkinçi!

Sən hey də yoxumdur, çıxarib canını, allam!
Vallahi ovub dideyi-giryanını, allam!
Şallağə tutub pərkəri-üryanını, allam!
Öz halını sal indi özün yadə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Cütcü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!

Lakin mənim insaqlıq olub vəzi-mədarım,
Bəyzadəyəm, asayişədir cümlə qərarım,
Meysiz, məzəsiz, bitməz olur şamu nəharım;
İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...