BAZAR, 2024-12-29, 0:41 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SƏN OLURAM MƏN (B.VAHABZADƏ) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
SƏN OLURAM MƏN (B.VAHABZADƏ)
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-04, 12:58 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Bəxtiyar Vahabzadə - Sən oluram mən

Yaxşı ki, ayrıyıq, yaxşı ki bizdən
Çırpınti, sarsıntı əl üzmür yenə.
Həyatı öyrəndik həsrətimizdən,
Odur ki, həmişə möhtacam sənə

Rəngi bir, dadı bir toyun büsatın.
Həsrət min rəng çəkir gözlərimizə
Yaxşı ki ayrıyıq, bu dərd həyatın
Dərin qatlarını öyrədər bizə.

Yanımda olanda uzaqdasan sən
Mən səni görmürəm olduğun kimi.
Səndən ayrıldımmı, hər yerdə sənsən
Mən göre bilmirəm Vallah heç kimi!

Yanında bir quru cisməm özüm də.
Ayrıldım, ruh olub əriyirəm mən
Eşitmir qulağım, görmür gözüm də
Arzudur eşidən, həsrətdir görən.

Adi bir insanam.
Sənin yanında, başqa qayğılarla yaşayıram mən
Elə ki, ayrıldım qəm dumanında
Fikrimin ilki də sonu da sənsən!

Yanında rahatam, sakitəm tamam,
Ayrıldım od tutub alışır ürək.
Rahatliq - ölümdür, hələ mən sağam
Mənə tufan gərək, həyəcan gərək!

Vüsal dəmlərində sən nur mən çıraq,
Görürəm, mən mənəm, sən də sənmisən?
Ayrılıq dəmləri sən, sənsən ancaq
Bilmirəm bəs niyə mən olmuram mən.

Səndən ayrılanda vahidəm, birəm.
Həm bir hədəfə vuruluram mən
Yanında həmişə ikiləşirəm
Ayrıldım, çevrilib SƏN OLURAM MƏN!

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...