CÜMƏ AXŞAMI, 2024-03-28, 7:26 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DE NECƏ BARIŞIM MƏN BU ZAMANLA (SUPER) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » DE NECƏ BARIŞIM MƏN BU ZAMANLA (SUPER)
DE NECƏ BARIŞIM MƏN BU ZAMANLA (SUPER)
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-04, 12:46 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Ədalət şam kimi əriyir, ALLAH
Zor haqqı divara diriyir, ALLAH
Yalan ayaq açıb yeriyir, ALLAH
Bacara bilmirsə doğru yalanla
De, necə barışım mən bu zamanla?

Mərdlərin başını namərdlər yeyir
Şərə göz vermiyib, göz yumur xeyir
Gədalar özünə şahənşah deyir
Yaxşılar iş görür pislə, yamanla
De, necə barışım mən bu zamanla?

Ürəklər soyuyub olub buz kimi
Namus çeynənilir bir saqqız kimi
On ilin pozğunun təmiz qız kimi
Gəlin köçürən var toyla, nişanla
De, necə barışım mən bu zamanla?

Bığsız kişiləri, el ağsaqqalı
Elmdən dən vurur ağıldankalı
Pələngə tay olub çaqqal, çuqqalı
Qoyunu aşnalıq edir qabanla
De, necə barışım mən bu zamanla?

Qeyrət çoxları üçün olub qeyri-ət
Bir milyon qaçqını olan bu millət
Dözüb, səbr eyləyir dəhşətdi-dəhşət
Yuya bilmiriksə biz qanı-qanla
De, necə barışım mən bu zamanla?

Ramil Səfərova azadlıq,hanı?
Verdik yad əllərə o mərdoğlanı
ALLAH yerə soxsun Azərbaycanı
Bu həyalı canla, bu həyacanla
De, necə barışım mən bu zamanla?

İndi bir şüar var, yaşasın rüşvət
Başda vəzifədir, ayaqda qeyrət
Bu yolla haraya gedir bu millət
Yolu kəsmək olmur həttaQuranla
De, necə barışım mən bu zamanla?

Ata, anasını oğraşlar bu gün
Qocalar evinə edirsə sürgün
Qarabağ alınar? Bu qeyri-mümkün
Dünyanı titrədən ahu fəğanla
De, necə barışım mən bu zamanla?

Hər kəs öz xeyrini güdür həyatda
Bu işə ALLAH da mat qalıb hətta
İki doğma qardaş bu damın altda
Bir ocaq yandırır iki qazanla
De, necə barışım mən bu zamanla?

Haqqa yox, nəfsədir indietiqad
Bir kimsə yoxsula etməyir imdad
Varlı öz dövlətin çəkdirirey Dad
Kasıb öz çəkisin çəkənqapanla
De, necə barışım mən bu zamanla?

Varlı süfrəsində olantox milçək
Görürlür kasıbdan hörmətdə yüksək
Pul üçün fağıra hansısa eşşək
Əgər əmr edirsə xoruz tək banla
De, necə barışım mən bu zamanla?

Kasıb nə deyirsə, əşi deyirlər
Dəlidi, işləmir başı deyirlər
İndi dövlətliyə kişi deyirlər
Mənlik ölçülürsə dövlətlə-şanla
De, necə barışım mən bu zamanla?

Yayın istisində, qışın qarında
Kişi var yaşatmaq intizarında
Neft-qaz ölkəsində qulbazarında
Eşşək tək işləyirçulla, palanla
De, necə barışım mən bu zamanla?

Avropa dəbinə olandan kölə
Ar zibil şəklində atılıbçölə
Adam xəcalətdən azqalır ölə
Darbalaq şalvarla, yarıq tumanla
De, necə barışım mən bu zamanla?

Mən vəhşi çimərlik gördüm bu yayda
Diqqət! Fahişəxana tikilir Ayda
Ata Moskvada, ana Dubayda
Oğul parapetdə, qız... özünanla
De, necə barışım mən bu zamanla?

Şairlər yazmasın sevgi şerini
Məcnunlar bulvarda gəzir Leylini
Erkəklər erkəyə salırmeylini
Nigah bağlıyırsa zənan zənanla
De, necə barışım mən bu zamanla?

Kişi var ev satıb qız kirələyir
Firmenni moteldə can şirələyir
Arvad uşağısa baş girələyir
Bir parça çörəklə, birbaş soğanla
De, necə barışım mən bu zamanla?

Arvad var ərinin sözünə baxmır
Ər var arvadının üzünə baxmır
Bu dünya güzgüdə özünə baxmır
Hanı Nuh Peyğəmbər gəlsintufanla
De, necə barışım mən bu zamanla?

Məmurlar Firon tək əyləşib taxtda
Torpaq qanununun icrası saxta
Kompüter texnika olan bu vaxtda
Kəndli yer şumlayır xışla, kotanla
De, necə barışım mən bu zamanla?

Cinayət törədən hakimbizdədir
Xəstəsin öldürən həkim bizdədir
Özünü kəşf etməyən alimbizdədir
Bu əsəbi başla, bu dərdlicanla
De, necə barışım mən bu zamanla?

Gerayin saqqızdı yoxsa marojni
Görən hara baxır bizim tamojni
Xalqın cavanları ex kak palojni
Yeni əsrə gedir əldə bayanla
De, necə barışım mən bu zamanla?

Cəngi bata-bata batır zatımız
Yallı yox caz gedir camaatımız
Məhv olmaq üzrədir muğamatımız
Əgər küsmüşüksə tarla, kamanla
De, necə barışım mən bu zamanla?

Güldürüb özünə şarlatanları
Birləşmir dünyanın Müsəlmanları
Mənə fətva versin din ürfanları
İki təriqətlə, ikiazanla
De, necə barışım mən bu zamanla?

Azmıdır bu xalqın din işğalçısı
Dələduz mollası, gopçu falçısı
Hacı pivəsinin istehsalçısı
Saziş bağlayırsa dini dükanla
De, necə barışım mən bu zamanla?

Dinlədikcə şeytan çalanhavanı
Eyləyirik haqqa qarşı davanı
Çoxu məhşərdəkihaqqı, divanı
Səhv salır Embavuddakı divanla
De, necə barışım mən bu zamanla?

Mən Nəsimi övladıyam ay arsız
Sizə qalsa lap dərimi soyarsız
Kəfənimə qələm, vərəq qoyarsız
Haqq Dünyasın gözləyirəmgümanla
De, necə barışım mən bu zamanla?

Xəyala dalıram bir an içində
Günahsız əllərimal-qan içində
Bu şeri yazmışam zindan içində
Mən şair Ramizəm, az məni danla
Barışan deyiləm mən buzamanla!

İnsanlar qəlizdir, dünyasafani
Böyük ehtiramla Ramiz Təkani

RAMİZ TƏKANİ

 
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » DE NECƏ BARIŞIM MƏN BU ZAMANLA (SUPER)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...