BAZAR, 2024-12-29, 0:07 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BABA PÜNHANDAN MÜKƏMMƏL BİR ŞEİR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
BABA PÜNHANDAN MÜKƏMMƏL BİR ŞEİR
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-04, 12:37 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Baba Pünhan -Mən nə dedim ki?!
Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!
***

Məzlumlara qan udduran alçaqları bir-bir,
Söz udmağa vadar elədim, mən nə dedim ki?!
***
Xofdan əyilib bütpərəs olmuşlar önündə,
Qansız bütü inkar elədim, mən nə dedim ki?!
***
Allahı unutmuşlara xatırladan oldum,
Qafilləri hüşyar elədim, mən nə dedim ki?!
***
Tərk eylədi şeytan bu könül mülkünü getdi,
Haqqımla yerin dar elədim, mən nə dedim ki?!
***
Can verdi Xuda, amma ki, eşq istədi məndən,
Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!
***
Gördüm ki, pul üstündə bu dünyanı tuturlar,
Dünyanı xəbərdar elədim, mən nə dedim ki?!
***
Haqqın özün axtardım onun qəbrini tapdım,
Amma sözün aşkar elədim, mən nə dedim ki?!
***
Pünhan, mən əməl dəftərini şerə çevirdim,
Yəni onu təkrar elədim, mən nə dedim ki?!

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...