Şəkər çörəyi
Ərzaqlar
3 stəkan əla sort un;
1 stəkan ərinmiş yağ;
1,5 stəkan şəkər kirşanı;
bir çimdik vanilin.
Hazırlanma qaydası
Ərinmiş yağı şəkər kirşanı ilə 25-30 dəqiqə çalın, bu zaman ona az-az yumurta əlavə edin. Çalıntıya vanilin və ələnmiş un qatıb xəmir yoğurun. Xəmiri 10-12 dəqiqə əlinizlə ovun. Xəmirdən 60-75 kündələr hazırlayın, perqament kağızı sərilmiş qənnadı təbəqələrinə düzün. Sonra üzərinə kiçik dairə formasında yumurta sarısı çəkin.
Sobanı 175-180 dərəcə qızdırın. 25-30 dəqiqə ərzində bişirin. Şəkər çörəyi soyuduqdan sonra üstünə şəkər kirşanı səpilir.