Şarlotka
Tərkibi
1 stəkan şəkər
4 yumurta
1,5 kq yaşıl alma
1/4 çay qaşığı darçın
5 qr kərə yağı
1 stəkan un
Hazırlanması
Yumurta sarıları ağlardan ayrılıb şəkərlə çırpılır. Yumurta ağları da köpüklənənə qədər çırpılır. Yumurta ağı ilə sarılı qarışım birləşdirilir. Darçın və un əlavə edilərək yavaş-yavaş qarışdırılır. Almalar yuyulur,qabığı soyulur,ortası təmizlənir,kub şəklində doğranaraq xəmirə qatılır. Duxovka listi yağlanır,azca suxari səpilir,xəmir tökülür,üzəri alma dilimləri ilə bəzədilir.