Ördək əti və qreyfrutlu salat
Ərzaqlar
400 q. ördək əti
1 ədəd qreyfrut
50 q. mayonez
1 baş soğan
Kahı yarpaqları, cəfəri
Zövqə görə duz, istiot
Hazırlanma qaydası
Əvvəlcə düyünü duzlu suda bişirin. Sonra qreyfrutu təmizləyib, nazik dilimləyin. Kahı yarpaqlarını xırda-xırda doğrayın. Dilimlənmiş qreyfrutu, nazik doğranmış ördək filesini, düyünü və kahı yarpaqlarını yaxşıca qarışdırın. Salatın üzərinə doğranmış cəfəri, soğan və mayonezi vurub süfrəyə qoya bilərsiz.