Toyuqlu pomidor
Lazım olan ərzaqlar
7 ədəd pomidor;
300 q toyuğun döş əti;
100 q mayonez;
200 q Holland pendiri;
Duz, istiot.
Hazırlanması
Pomidorların içini çıxarın. Toyuğun döş ətinə ədviyyatlar qatıb qızardın, pomidorların içinə doldurun. Üstünü mayonez və pendirdən ibarət qalın qatla örtün. 240-260 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.