ÇƏRŞƏNBƏ AXŞAMI, 2021-12-07, 9:00 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SƏBZİ-QOVURMA PLOV - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » SƏBZİ-QOVURMA PLOV
SƏBZİ-QOVURMA PLOV
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-09-30, 1:52 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Səbzi - qovurma plov

Ərzaqlar
• 220 qram qoyun əti;
• 150 qram düyü;
• 50 qram ərinmiş kərə yağı;
• 50 qram soğan;
• Göyərti (keşniş, kəvər, turşəng, ispanaq);
• 0,1 qram lumu turşusu;
• 5 qram abqora;
• 0,1 qram zəfəran;
• Zövgə görə duz, istiot;

Hazırlanma qaydası
Qoyun ətini xırda-xırda doğrayıb, üzərinə duz, istiot töküb yağda qızardın. Sonra üzərinə yağda qızardılmış soğan, abqora və iri doğranmış göyərti əlavə edib bişirin. Ayrıca bişirilmiş plovun üzərinə zəfəran vurun. Süfrəyə verən zaman boşqaba plovu çəkib, yanına səbzi-qovurma qoyub, üzərinə yağ tökürsünüz.

 
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-09-30, 1:55 PM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Səbzi qovurma

Lazımlı ərzaqlar
adambaşına
• 300 qr qoyun əti
• 1 baş soğan
• 25 qr ərzinmiş yağ
• 10 qr abqora (kal üzüm şirəsi), yaxud limon duzu
• habelə tam üçün duz götürülür.

Hazırlanma qaydası
Qoyun təi sümüksüz tikələrə kəsilib duzlanır və qovrulur. Sonra yağda qızardılmış soğan, limon duzu, yaxud abqora vurulub öz buğunda bişirilir. Hazır olmasına 5 dəq qalmış ətə narın doğranmış göyərti (ispanaq, kəvər, şüyüd, keşniş) qatılır.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » SƏBZİ-QOVURMA PLOV
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2021. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...