Səbzi - qovurma plov
Ərzaqlar
• 220 qram qoyun əti;
• 150 qram düyü;
• 50 qram ərinmiş kərə yağı;
• 50 qram soğan;
• Göyərti (keşniş, kəvər, turşəng, ispanaq);
• 0,1 qram lumu turşusu;
• 5 qram abqora;
• 0,1 qram zəfəran;
• Zövgə görə duz, istiot;
Hazırlanma qaydası
Qoyun ətini xırda-xırda doğrayıb, üzərinə duz, istiot töküb yağda qızardın. Sonra üzərinə yağda qızardılmış soğan, abqora və iri doğranmış göyərti əlavə edib bişirin. Ayrıca bişirilmiş plovun üzərinə zəfəran vurun. Süfrəyə verən zaman boşqaba plovu çəkib, yanına səbzi-qovurma qoyub, üzərinə yağ tökürsünüz.