CÜMƏ, 2024-03-29, 3:44 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SOBA PİROJKİSİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » SOBA PİROJKİSİ
SOBA PİROJKİSİ
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-09-30, 1:40 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Soba pirojkisi

Ərzaqlar
Xəmir üçün
• ½ stəkan (125ml) ilıq su
• 1 paket (7g) quru maya
• 3 stəkan (470g) əla növ buğda unu
• 1 ½ çay qaşığı duz
• 2 xörək qaşığı şəkər tozu
• ½ stəkan (125ml) süd
• 1 yumurta+ 1 yumurtanın ağı (sarısını üstü üçün ayırın) - qeyd: yumurtalar otaq hərarətində olmalıdır
• ½ stəkan (125ml) duru yağ

İçi üçün
Kartoflu iç:
• 3 xörək qaşığı duru yağ
• 1 baş xırda doğranmış soğan
• 4 ədəd orta boy kartof
• 1/3 stəkan xırda doğranmış şüyüd (və yaxud keşniş ya da cəfəri) duz, istiot.
Ətli iç:
• 3 xörək qaşığı duru yağ
• 1 baş xırda doğranmış soğan
• 400 g çəkilmiş mal əti
• Zövqə görə duz, istiot.

Hazırlanması
Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı ilıq suda əridin. İri dərin qabda un, duz və şəkər tozunu qarışdırın. Üstünə mayalı suyu, südü, yumurta və duru yağı əlavə edib, əlinizlə yaxşıca qarışdırın, sonra isə təxminən 5-6 dəqiqə ərzində xəmir yoğurun. Xəmir elastik və zərif olmalı, ələ yapışmamalı amma çox bərk də olmamalıdır. Xəmiri dərin qaba qoyub, üstünü örtün və 1 -2 saat ərzində isti yerdə gəlməyini gözləyin.
Xəmir gəlməyə davam etdiyində, istədiyiniz içdən birini seçib hazırlayın.
Kartoflu için hazırlanması: Kartofu suda bişirib, qabığını soyun və püre halına gələnədək əzin. Bir tavada yağı qızdırıb, soğanı bu yağda bir az rəngi dönənə kimi qızardın. Soğanı, göyərtini kartofa əlavə edin. Zövgə görə duz və istiot vurub, qarışdırın.
Ətli için hazırlanması: Tavada yağı qızdırın. Söğanı bu yağda yumuşalanadək qızardın. Çəkilmiş əti əlavə edib soğanla bərabər, tez-tez qarışdıraraq qızardın. Zövqə görə duz və istiot vurub, qarışdırın. Bu qarışığı ət maşınından bir dəfə keçirin - bu, için lopa lopa olmaması, və narın olması üçün edilir. Xəmiri 22-25 kündəyə ayırın. Hər kündənin diametri təxminən 4 sm olmalıdır.
4.Kündələri bir əlinizə götürün, o biri əlinizlə bir az yastıladıb 10 sm dairələr əldə edənə kimi kənarlarını çəkin (aşağıdakı şəkildəki kimi). Hər dairənin içinə təxminən 1 xörək qaşığı içlik qoyun, və dairənin kənarlarını bir yerə gətirərək dairəni bağlayın.
5 Pirojkilərin tikişi aşağı olmaq şərtilə yağlanmış soba listinə aralı-aralı düzün və 15 dəqiqəliyinə kənara qoyun. Bu müddət ərzində pirojkilər bir az şişəcək.
6. Sobanı 180 dərəcəyədək isidin.
7. Pirojkilərin səthinə yumurta sarısı sürtüb, sobada təxminən 25 dəqiqə ərzində üstləri qızaranadək bişirin.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » SOBA PİROJKİSİ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...