BAZAR, 2024-12-29, 3:59 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ RİZƏ KÜFTƏSİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
RİZƏ KÜFTƏSİ
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-09-30, 1:33 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Rizə küftə

Lazımlı ərzaqlar
adambaşına
• 300 qr qoyun əti
• 1 baş soğan
• 40 qr ərinmiş yağ
• 20 qr üzüm sirkəsi
• 10 qr şəkər
• 15 qr tomat – püre
• 25 qr keşniş və şüyüd
• habelə tam üçün duz və istiot götürülür.

Hazırlanma qaydası
Qoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir. Buna istiot və duz vurulub, yaxşı qarışdırılır və 30 dəq soyuq yerdə saxlanılır. Sonra çəkilmiş ətdən xırda küftəciklər hazırlanaraq, yağ içində qızardılır. Doğranmış soğan ayrıca qızardılıb içinə tomat püre qatılır və bulyonda açıldıqdan sonra buna sirkə, yaxud limon duzu, şəkər, istiot, duz vurulub hazır olunca bişirilir. Qızardılmış ət küftəciklərinin üstünə sous tökülüb 5 – 10 dəq ərzində öz buğunda bişirilir. Süfrəyə verilən zaman rizə küftənin üstünə doğranmış göyərti səpilir.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...