CÜMƏ, 2024-04-19, 12:21 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QİDA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » QİDA
QİDA
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-09-30, 1:17 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qida

Qida və ya qida məhsulları orqanizmin ətraf mühitdən əldə etdiyi üzvi və qeyri-üzvi maddələr yığımıdır. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda dəyişir.
İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.

Zülallar
Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun. πρώτειος sözündən) adlandırmışlar. Bu da "birinci yeri tutan" deməkdir. Zülallar orqanizmdə aşağıdakı fəaliyyətləri tənzimləyir:
• Böyümə və yenilənmə
• Orqanizm hissələrinin yaradılması
• Enerji istehsalı
• Hormon istehsalı
• Oksigenin qanda daşınması

Yağlar
Yağlar müxtəlif olur: kərə yağı, mal piyi və s. Maye halında olan bitki yağları da var, məsələn, zeytun yağı, pambıq yağı, günəbaxan yagı, badam yağı. Yağlar orqanizm üçün həm əsas həm də ehtiyat enerji mənbələridir. Karbon, oksigen və hidrogendən əmələ gəlib karbohidratlar ilə oxşardır, lakin karbohidratlardan daha az oksigen molekuluna sahibdir. Suda həll olmur.

Karbohidratlar
Qidanın digər tərkib hissəsi də karbohidratlardır. Bu tanıdığınız nişasta və şəkərdir. Sıyıqda, çörəkdə, kartofda, meyvə və giləmeyvələrdə, tərəvəzdə çoxlu karbohidratlar orqanizmdə parçalanaraq, karbon qazına və suya çevrilir. Onlar parçalanarkən, insanın orqan və əzələləri işi üçün lazım olan enerji alınır.

Vitaminlər
Vitaminlər tərəvəz, meyvə, süd və başqa məhsullarda olur. Onlar orqanizm hüceyrələrinin normal işini təmin edir. Vitaminlər iki yerə bölünür:
• yağda həll olan vitaminlər (A, D, E, K)
• suda həll olan vitaminlər. (B, C)

Vitamin Adı---- Vəzifəsi----Mənbəyi
Vitamin A-Gözlərin normal funksiyaları və sağlam dəri üçün vacibdir.-Yumurta, süd, ərik, kök, ispanaq və yeralması
Vitaminlər B1-B12-orqanizmin normal funksiyaları və enerji istehsalı üçün vacibdir.Qırmızı qan hüceyrələrinin yaradılmasında da aktiv iştirak edir. -Bütün dənli bitkilər, paxlalı bitkilər, balıq və dəniz yosunları, yaşıl yarpaqlı tərəvəzlər, süd və qatıq.
Vitamin C-Əzələlər və diş ətləri üçün faydalıdır.-Sitrus bitkiləri, pomidor, gül kələm, kələm və çiyələk
Vitamin D-Dişlər və sümüklər üçün vacibdir.-Balıq, yumurta sarısı, süd və digər gündəlik məhsullar.
Vitamin E-Ağciyərləri qoruyur və qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir.-Bütün dənli bitkilər, yaşıl yarpaqlı tərəvəzlər, yumurta sarısı, ləpəli bitkilər.
Vitamin K-K vitamini qanın laxtalanmasına səbəb olan proteinlərin normal səviyyələrdə qalmasını tənzimləyir.-Yaşıl yarpaqlı tərəvəzlər, süd və süd məhsulları, donuz əti.

Mineral və Duzlar
Mineral maddələr bədəndəki bütün orqanlarda, toxumalarda, mayelərdə var. Bədənin heç bir orqanı, heç bir hüceyrəsi natrium, kalsium, fosfor və başqa mineral olmadan yaşaya bilməz. Adətən, onlar, duzların, zülalların və həmçinin başqa mürəkkəb birləşmələrin tərkibinə daxildir.

Su
İnsan orqanizmi üçün gündə azı 2 litr su lazımdır. Axı bədənimizin 3/2 hissəsini su təşkil edir. Su orqanizmin əsas fəaliyyəti üçün lazımdır. Əgər insan 3-4 gün ərzində su içməsə, bədəndəki suyun ehtiyatı azalar və o məhv olar. Bitkilər digər üzvi və qeyri üzvi maddələri su vasitəsilə təmin edir. Suyun belə əhəmiyyətli olması onun çox yüksək səth gərginliyinə sahib olması ilə izah olunur. Kapillyarlar vasitəsilə suyun bitkilərdə yuxarı qalxmasının əsas səbəbi budur.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » QİDA
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...