Qaymaqlı ananas
Lazım olan ərzaqlar
• 2 stəkan bişirilmiş uzun ağ düyü;
• 1 xörək qaşığı kərə və ya ərinmiş yağ;
• ¼ çay qaşığı darçın;
• 1/2 çay qaşığı təzə üyüdülmüş muskat cövüzü;
• 1/2 çay qaşığı təzə döyülmüş hil toxumu;
• 1 çimdik döyülmüş mixək;
• 1/2 stəkan qara kişmiş;
• 4/1 stəkan qovrulmuş və xırdalanmış badam;
• 2 stəkan çalınmış soyuq qaymaq;
• 2,5x 1,5 mm ölçüdə doğranmış quru ananas;
• 3/1 stəkan şəkər və bəzək üçün ananasdan kəsilmiş dairə.
Hazırlanması
Bişirilmiş uzun düyü tavaya qoyulur və üzərinə kərə yaxud, ərinmiş yağ çəkilir. Sonra üzərinə ədviyyatlar, kişmiş və 3 xörək qaşığı badam əlavə edilir. Qarışıq otaq temperaturunda soyudulur və kasaya yığılır. Kasa və kremçalan soyuducunun buzxanasında 10 dəqiqə soyudulur. Qaymaq yetərincə çalınaraq köpükləndirilir. Bunun üzərinə düyü, bir parça ananas və şəkər əlavə edilərək qarışdırılır. Qarışdırıldıqdan sonra yarım saat müddətində soyudulur. Süfrəyə verərkən xörək boşqablarına təpə şəklində qoyulur. Artıq qalmış badam üzərinə səpilir və ananas dairələri ilə bəzədiir.