CÜMƏ AXŞAMI, 2024-04-25, 12:09 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ KƏSMİKLİ-MEYVƏLİ BİSKVİT - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » KƏSMİKLİ-MEYVƏLİ BİSKVİT
KƏSMİKLİ-MEYVƏLİ BİSKVİT
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-09-30, 0:10 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Kəsmikli - meyvəli biskvit

Biskvit üçün
• 8 yumurta
• 8 çay qaşığı un
• 0,5 st. şəkər tozu
• azca duz

Bəzək və yumşaqlıq üçün
• 0,75 litr qaymaq 35% li
• 5 x.q. şəkər tozu

Üzəri üçün
• 500 qr kəsmik
• 3 x.q şəkər
• 1 ç.q. jelatin
• 60 qr çiyələk soku
• meyvələr(1 kivi,1 banan,1 şaftalı,30 toxumsuz kişmiş)

Hazırlanması
Biskvit bişirilən qab yağlanır və yapışmaması üçün üzərinə un səpilir. Xəmir üçün əvvəlcə yumrutaların sarısı şəkərlə çırpılır. Sonra Yumrtaların ağları da ayrı bir qabda köpüklənənə qədər çırpılır və üzərinə əvvəlki qarışım və un əlavə edilib yenə çırpılır. Əldə edilən xəmir hazırladığınız qaba tökülüb 180 dərəcədə 20-25 dəqiqə bişirilir. Soyuduqdan sonra biskvit 2 və ya 3 hissəyə ayrılır. Çiyələk soku ilə azca nəmləndirilir. Bu arada biskvitin arası üçün krem hazırlanır. Şəkər tozu və qaymaq krem halına gələnə qədər çırpılır. Biskvitin birinci kəsiyinə krem yaxılır, meyvə dilimləri ilə bəzədilir, sonrakı biskvit kəsiyinin hər iki tərəfi kremlənir və birinci biskvitin üzərinə qoyulur. Üstünü bəzəmək üçün əvvəlcə meyvə dilimləri qoyulur, sonra çiyələk sokunda əridilmiş jelatin tökülür.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » KƏSMİKLİ-MEYVƏLİ BİSKVİT
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...