Kuraqalı toyuq ruleti
Ərzaqlar
• 1 ədəd (1,5kq) toyuq;
• 1 stəkan qoz ləpəsi;
• 200 qram ərik qurusu;
• 2 ədəd yumurta;
• 1 ç.q. zəncəfil;
• 2 x.q kərə yağı;
• 3 x.q. mayanez;
• Cəfəri;
• Zövqə görə duz, istiot;
Hazırlanma qaydası
Əvvəlcə toyuğu dəri və sümüklərdən təmizləyirsiniz. Sonra onu nazik dilimlərə bölərək, doğranılmış dilimləri toyuğun dərisinin üzərinə səliqəli yerləşdirin.Üstünə duz və istiot səpin. İçliyi hazırlamaq üçün : ərik qurusunu 1 saat ərzində suda saxlayıb isladın. Sonra onu qurudub ət maşınından çəkin. İçliyin üzərinə qoz ləpəsi, yumurta, zəncəfili və doğranılmış cəfərini əlavə edib yaxşıca qarışdırın. Hazırlanmış içliyi doğranılmış toyuq dilimlərinin üzərinə yerləşdirib və rulet kimi səliqəli bükün. Üzərinə duz, istiot səpib, faılqa kağızına sarıyıb, iplə möhkəm bağlayın ki, forması itməsin. Sobanı 190 dərəcə qızdırıb, 1 saat ərzində bişirin. Süfrəyə verərkən, ruleti kəsib mayanezlə bəzəyin.