Balıq dolması
Ərzaqlar
• Balıq əti-150 qram;
• Soğan- 15 qram;
• Üzüm yarpağı;
• Qatıq, keşniş, zövgə görə duz, istiot;
Hazırlanma qaydası
Balığı yaxşıca təmizləyib sümükdən ayırırsız. Sonra ət maşınından çəkib, içinə duz, istiot, çəkılmiş soğan, keşniş əlavə edirsiz. Üzüm yarpaqlarının saplağlarını kəsib, qaynar suda pörtürsünüz. Yarpaq dolması kimi də bu üzüm yarpaqların içinə çəkilmiş balıq ətini qoyub, səliqəli büküb, qazana düzürsüz. Bundan əlavə balığın üzərinə onun sümüklərindən hazırlanmış balıq bulyonu da töküb bişirə bilərsiz. Dolma bişəndən sonra süfrəyə qatıqla da verilə bilər.