ÇƏRŞƏNBƏ, 2021-12-01, 11:59 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ABQORA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » ABQORA
ABQORA
Nariman_QahramanliTARİX: BAZAR, 2010-09-26, 12:17 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Abqora

Abqora – Kal üzümdən alınmış üzüm meyvəsinin şirəsi, qorasuyu.

Hazırlanma qaydası
Abqora hazırlamaq üçün kal üzüm salxımlarını tozlayır, onları təmizləyir, yuyur, taxta və ya yaxşı qalaylanmış mis qaba doldurur və toxmaqla əzib suyunu sıxırlar. Sonra bu suyun narıngözlü ələkdən, yaxud tənzifdən süzüb şüşə qaba doldururlar. Kal üzümün suyu bulanıq olduğundan onu durulmaq üçün bir müddət qabda saxlayır, tam durulandan sonra butulkalara doldurur, ağzını bərk-bərk bağlayırlar.

Saxlama qaydası
Qora suyu butulkaya ağzına qədər doldurulmalıdır. Əks təqdirdə yarımçıq doldurulmuş butulkada qalmış hava mayeni acıdır, qora suyu öz keyfiyyətini itirir. Ağzına qədər qora suyu ilə doldurulmuş və ağzı bərkidilmiş butulkaları günəş işığı düşən yerə düzür və 40 gün butulkalar günəş işığı altında saxlanılır. Bu müddət ərzində butulkalardakı su öz şəffaflığını itirir, xına rəngi alır. Deməli, abroqa hazırdır. Bundan sonra abroqa dolu şüşələri günəş qarşısından götürüb sərin yerdə, divar şkaflarında və taxçalarda saxlayırlar.

İstifadə qaydası
Səbzi qovurma, yarpaq dolması və digər yağlı xörəkləri daha da ləzzətli etməkdən ötrü hər kəsin zövqündən asılı olaraq müəyyən miqdar abqora əlavə edilir.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » ABQORA
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2021. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...