CÜMƏ, 2024-04-19, 7:09 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ƏSHABİ-KƏHF - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » ƏSHABİ-KƏHF
ƏSHABİ-KƏHF
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 4:00 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Əshabi-Kəhf

Əshabi-Kəhf - Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah. [1]
Əshabi-kəhf ərəb dilində "mağara adamları" deməkdir. Eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında qədim dini ədəbiyyatlarda, o cümlədən Quranda məlumat var. Quranın "Kəhf" ("Mağara") surəsində əksini tapmış əfsanəyə görə isə, Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişdilər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış əfsanə də təqribən eyni məzmunludur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur.

«Qurani-Kərim»də “Əshabi-Kəhf” haqqında
«Qurani-Kərim»in bu məsələ ilə birbaşa bağlı olan on səkkizinci «Kəhf» surəsidir. Qeyd etdiyimiz kimi, dünyanın bir sıra bölgələrində «Əshabi-Kəhf» adı ilə tanınan mağaralar var ki, onların da «Qurani-Kərim»də adı keçən mağara olduğu iddia edilir. Bu məsələ «Qurani-Kərim»in 18-ci surə, 17-ci ayəsində belə açıqlanır: «Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin...».
Adətən mağaranın içərisinə girəcəkdən baxarkən, yəni girişdən sağ və sol nəzərdə tutulur, məhz Naxçıvandakı «Əshabi-Kəhf»də içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür. «Qurani-Kərim»dəki bu fikirlər mağaranın Naxçıvanda olmasını sübut edir. “Beləcə insanları onlardan xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu, qiyamətin şübhə götürməz olduğunu bilsinlər. Bu sırada onlar aralarında «Əshabi-Kəhf»in vəziyyətini araşdırırdılar. Dedilər ki: «Üzərlərinə bir bina tikin. Rəbbləri onları daha yaxşı bilir». Onların vəziyyətinə vaqif olanlar isə: «Bizlər kəsinliklə onların yan başlarında bir məscid tikəcəyik” - dedilər. Naxçıvandakı «Əshabi-Kəhf»də indiki məscid də qeyb olanların yaxınlığındadır.

Mağaranın qədimliyi haqqında
Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Son illərə qədər mağaranın girəcəyindən çıxan bulaq içməli suyu tam təmin edə bilirdi. İndi bulaq quruyub. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılmış tonqalların təsirindən divarlar xeyli qaralmışdır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarət idi ki, bu da mağaradakıları düşmənlərin və vəhşi heyvanların hücumundan qoruyurdu. Ərazi bütövlükdə qayalar və daşlardan ibarət olmasına baxmayaraq, çoxlu ağac və kollar var.
Əshabi-Kəhf bu gün
Bu gün “Əshabi-Kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Son illərdə “Əshabi-Kəhf”də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində “Qonaq Evi”, “Bələdçi otağı” və hədiyyələr mağazası da fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır. Kompleks bu gün zəvvarlıq mərkəzinə çevrilib.[2]

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » ƏSHABİ-KƏHF
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...