Xalq Cümhuriyyəti binası
Bina 1897-ci ildə tikilmişdir. Bina tikilərkən burada Duma adlandırılan Zemstvo idarəsi yerləşmişdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bu binada fəaliyyət göstərib. Gəncənin memarlıq üslubuna uyğun olan bina kərpicdən tikilb. Gəncə şəhəri Atatürk prospektindəki bu binada hazırda Azərbaycan Kənd Təsərrüfatı Akademiyası yerləşir.