CÜMƏ, 2024-04-26, 12:13 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ FƏXRİ XİYABAN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » FƏXRİ XİYABAN
FƏXRİ XİYABAN
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 2:20 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Fəxri Xiyaban

Fəxri Xiyaban - Azərbaycan xalqına xidmərdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu memorial kompleks. Bakı şəhərinin dağlıq hissəsində, Yasamal rayonu ərazisində yerləşir. Bunlar, əsasən, Sovet hakimiyyəti və müstəqillik illərində yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın müxtəlif sahələrində çalışaraq fərqlənmiş insanlar,tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci dünya müharibəsi (1939-1945) illərində alman faşistlərinə qarşı döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş insanlardır.

Sovet hakimiyyətinin qurulmasına və möhkəmlənməsində fərqlənmiş bolşeviklərin, yüksək vəzifəli partiya və sovet işçilərinin də bir qismi Fəxri Xiyabanda dəfn olunmuşdur. Bundan əlavə, Fəxri Xiyabanda dəfn olunanlar arasında Azərbaycandan kənarda çalışsalar da xalqımıza xidmərdə xüsusi fədakarlıq göstərmiş insanlar da vardır.
Yaranma tarixi

Fəxri Xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılmışdır. Elə həmin tarixdən Fəxri Xiyabanın qurulmasına başlanılmışdır. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdı oğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları da Fəxri Xiyabana köçürülmüş və onların qəbirüstü abidələri qoyulmuşdur.[1]

Həmin sərəncama əsasən, Qazaxda Molla Vəli Vidadinin, Şamaxıda Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin də qəbirüstü abidələri qoyulmalı idi.

Fəxri Xiyaban yaradıldıqdan sonra respublikanın vəfat etmiş görkəmli şəxsiyyətləri, bir qayda olaraq, burada dəfn edilmişlər. Hal-hazırda Fəxri Xiyaban vətəndaşların və xarici qonaqların ziyarət yerinə çevrilmişdir.

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » FƏXRİ XİYABAN
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...