CÜMƏ, 2024-03-29, 5:44 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ GÜNƏŞ SİSTEMİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » GÜNƏŞ SİSTEMİ
GÜNƏŞ SİSTEMİ
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-10, 6:49 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Günəş sistemi

Günəş sistemi - Bizim Qalaktikanın qollarından birində yerləşən, Günəş və ətrafında dönən böyük planetlər və onların peykleri, kiçik planetlər (asteroidlər, kometlər, meteorlar), xırda hissəciklər(meteoritlər, kosmik toz)kimi fəza cismlərindən ibarət ulduz sistemi. Aparılan tədqiqatlar 5 milyard il əvvəl qaz-toz buludundan yarandığını göstərir. Günəş sistemi 220 km/s sürətiylə qalaktikanın mərkəzi ətrafinda devr edir.
Günəş Sistemindəki Qüsursuz Nizam
Olduğunuz yerdən kənara çıxdıqda günəş şüalarının üzünüzə sizi heç narahat etmədən vurduğunu Günəş sistemindəki qüsursuz nizama borclusunuz. Bizə sadəcə xoş istiliklə aydınlıq verən Günəş, əslində qıpqırmızı qaz buludarından ibarət dərin bir quyu kimidir. Qaynayan səthindən milyonlarla kilometr kənara fışqıran nəhəng alov girdablarından və dibindən səthə doğru yüksələn nəhəng burulğanlarından ibarətdir. Bunlar canlılar üçün öldürücüdür. Ancaq Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmadan əvvəl atmosfer və Yerin maqnetik sahəsi tərəfindən udulur. Yerin həyat üçün əlverişli planet olmasını təmin edən məhz Günəş sistemindəki qüsursuz nizamdır.
Günəş sisteminin quruluşunu tədqiq etdikdə son dərəcə həssas tarazlıqla qarşılaşırıq. Günəşin “cazibə qüvvəsi” ilə planetin “mərkəzdənqaçma qüvvəsi” arasındakı tarazlıq, Günəş sistemindəki planetləri, sistemdən çıxaraq dondurucu soyuqluqdakı “xarici kosmosa” sovrulmaqdan qoruyur. Günəş malik olduğu böyük cazibə gücü səbəbindən bütün planetləri cəzb edir, onlar da fırlanmalarından əmələ gələn mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən qurtulurlar. Ancaq əgər planetlərin fırlanma sürətləri bir az yavaş olsaydı, onda bu planetlər sürətlə Günəşə doğru cəzb olunar və nəhayət Günəş tərəfindən böyük partlayışla udulardılar. Bunun tərsi də mümkündür. Əgər planetlər daha sürətli fırlansalar, bu dəfə də Günəşin gücü onları saxlamağa çatmaz və planetlər xarici kosmosa sovrulardılar. Lakin çox həssas olan bu tarazlıq qüsursuz şəkildə qurulmuşdur və sistem bu müvazinəti qoruduğu üçün davam edir.
Burada sözügedən tarazlığın hər planet üçün ayrı-ayrı qurulduğuna da diqqət çəkmək lazımdır. Çünki planetlərin Günəşdən məsafələri çox fərqlidir. Habelə, kütlələri çox müxtəlifdir. Bu səbəbdən hamısı üçün fərqli fırlanma sürətləri müəyyən edilməlidir ki, Günəşə yapışmaqdan və ya Günəşdən uzaqlaşıb kosmosa sovrulmaqdan qurtulsunlar.
Bunlar Günəş sistemindəki ehtişamlı tarazlığın bir neçə dəlilidir. Nəhəng planetləri və bütün Günəş sistemini nizamlayan və davamlılığını təmin edən tarazlığın təsadüfən ortaya çıxmadığı ağıl sahibi hər insanın asanlıqla anlayacağı həqiqətdir. Bu nizamın dəqiqliklə hesablandığı aydındır.
Günəş sistemindəki qeyri-adi həssas tarazlığı kəşf edən Kepler, Qaliley kimi astronomlar bu sistemin çox açıq şəkildə yaradıldığını göstərdiyini və Yaradıcının bütün kainat üzərində hakimiyyətinin sübutu olduğunu dəfələrlə qeyd etmişlər.

Günəş Sistemində Səyahət
Əgər Günəş sistemində səyahət etsəniz, olduqca maraqlı bir mənzərə ilə qarşılaşarsınız. Səyahəti sistemin lap kənarından başladığınızı fərz edək.
Səyahəti sistemin lap kənarından başladığınızı fərz edək. İlk qarşılaşacağınız planet Neptundur. Bu planet olduqca “soyuq”dur: səthinin temperatru -218 °C-yə yaxındır. Hidrogen, helium və metan qazlarından ibarət atmosferi insan üçün zəhərlidir. Habelə, planetin səthində sürəti saatda 2000 km-ə çatan qorxunc fırtınalar əsir.
Bir az da irəlilədikdə Urana çatırsınız. Uran quruluşunun çox hissəsi qaya və buz olan “qaz planet”dir. Atmosfer temperaturu -214 °C-yə yaxındır. Hidrogen, helium və metandan ibarət olan atmosferi həyat üçün əsla uyğun deyil. Səyahətə davam etdikdə Saturna çatırsınız. Günəş sisteminin bu ikinci böyük planeti ətrafındakı halqalarla tanınır. Bu halqalar qaz, buz və qaya parçalarından ibarətdir. Saturnun quruluşu çox maraqlıdır. Planet tamamilə qazdan ibarətdir; kütləsi 75% hidrogen və 25 % heliumdan ibarətdir. Sıxlığı suyun sıxlığından da azdır. Bu səbəbdən əgər Saturna kosmik gəmi göndərmək istəsəniz, onu üzən “şişirdilmiş rezin qayıq” kimi düzəltməlisiniz. Temperatur həddindən artıq aşağıdır: -178 °C.
Bir az da irəlilədikdə Günəş sisteminin ən böyük planeti Yupiterə çatırsınız. Kütləsi Yer kürəsindən 318 dəfə böyük olan Yupiter də qaz planetidir. Yupiter planetinin atmosferini, səthini və daxili quruluşunu bir-birindən fərqləndirmək çətin olduğuna görə “atmosfer temperaturu” kimi anlayışdan istifadə etmək də çətindir. Ancaq planetin atmosferi hesab edilən yuxarı hissəsindəki temperatur -143 °C-dir. Yupiterin səthində böyük qırmızı ləkənin olması Yerdəki müşahidəçilərə təxminən 300 ildir ki məlumdur. Yer kürəsini 2 dəfə əhatə edəcək qədər böyüklükdə olan bu qırmızı ləkənin böyük fırtına olduğu isə dövrümüzdə bilinmişdir. Qısası, Yupiter heç bir quru hissəsi olmayan, dondurucu soyuğun hakim olduğu, yüz illərlə davam edən fırtınaların əsdiyi, hər canlını bir anda öldürəcək maqnetik sahəsi olan qorxunc, tük ürpədici planetdir.
Yupiterdən sonra Mars gəlir. Marsın atmosferi qatı karbondioksiddən ibarət zəhərli qarışıqdır. Planetdə heç su yoxdur. Səthində böyük meteoritlərin toqquşmasından meydana gələn nəhəng kraterlər diqqət çəkir. Çox güclü küləklər və aylarla davam edən qum fırtınaları hökm sürür. Temperatur -53 °C-yə yaxındır. Bütün şübhələrə baxmayaraq, Mars ölü planetdir.
Marsdan sonra qarşımıza çıxan mavi planeti hələlik bir kənara qoyaq. Sonrakı planet Veneradır. Venerada daha əvvəl rast gəldiyimiz dondurucu soyuqların əksinə, yandırıcı isti hökm sürür. Temperatur səthdə təxminən 450 °C-yə çatır. Bu temperatur qurğuşunu belə əritməyə kifayət edər. Atmosfer təzyiqi səthdə 90mm civə sütunudur. Bu, Yer kürəsində dənizin 1 km dərinliyindəki təzyiqə bərabərdir. Veneranın atmosferində kilometrlərlə qalınlığa malik sulfat turşusu təbəqələri mövcuddur. Buna görə də planetə davamlı olaraq öldürücü turşulu yağışlar yağır. Cəhənnəmi xatırladan belə bir mühitdə heç bir canlı yaşaya bilməz.
Yenə Günəşə doğru irəliləməyə davam etsəniz, sistemin lap kənarındakı Merkuri planetinə çatarsınız. Merkurinin ən maraqlı xüsusiyyəti öz oxu ətrafında həddindən artıq yavaş fırlanmasıdır. Öz oxu ətrafındakı fırlanma sürəti təxminən Günəşin ətrafında fırlanma sürəti qədər yavaşdır. Belə ki, Merkuri Günəş ətrafında iki dəfə fırlandıqda öz ətrafında sadəcə üç dəfə fırlanmış olur. Yəni iki ili üç gününə bərabərdir. Gecə ilə gündüzün bu qədər uzun olması planetin bir üzünü qızardır, o biri üzünü isə dondurur. Buna görə gecə ilə gündüz arasındakı temperatur fərqi təqribən 1000 °C-dir. Əlbəttə, bu cür mühit heç bir canlının yaşaması üçün uyğun deyil.
Qısaca desək, Günəş sistemindəki məlum səkkiz planetin yeddisi (və onların burada bəhs etmədiyimiz peykləri) arasında həyat üçün uyğun bircə göy cismi də yoxdur. Hər biri ölü və səssiz maddə yığınıdır.
Ancaq bir az əvvəl toxunub keçdiyimiz mavi planet, məhz o digərlərindən fərqlidir. Çünki atmosferindən yer üzü formalarına, temperaturundan maqnetik sahəsinə, elementlərindən Günəşə olan məsafəsinə qədər hər cür müvazinətilə tamamilə həyat üçün xüsusi şəkildə yaradılmışdır.

 
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » GÜNƏŞ SİSTEMİ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...