CÜMƏ, 2024-03-29, 11:40 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ GÜNƏŞ KÜLƏYİ VƏ TUFANI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » GÜNƏŞ KÜLƏYİ VƏ TUFANI
GÜNƏŞ KÜLƏYİ VƏ TUFANI
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-10, 6:48 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Günəş küləyi

Günəş küləyi - Günəş tacı plazmasının planetlərarası fəzaya daim axını. Tac fotosferdən gələn dalğavarı hərəkətlərin enerjisi hesabına qızır. Tacın enerjisinin bir hissəsini Günəş küləyinin hissəcikləri daşıyır. Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300-400 km-ə (Yer ətrafında) çatır. Kimyəvi tərkibi (əsasən protonlar və elektronlar) Günəş tacınınkı ilə eynidir. Kosmik aparatlar Yupiter ətrafında da Günəş küləyi qeyd etmişlər. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer maqnitosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca Yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına, qütb parıltısına və s. səbəb olur.

Günəş tufanı

Bu hadisə 2 sentyabr 1859–cu ildə baş vermişdi. Çilidən yenicə uzaqlaşmış Cənub Xaç gəmisinin heyəti qəribə bir hadisəni heç vaxt unutmamışdılar. Günorta 13.30 radələrində birdən –birə hər tərəf qırmızı rəngə boyanır.Sanki göydən qirmizi rəngdə dolu yağır. Gəminin heç bir cihazı işləmir, kompas yerində fırlanır. Elə bil onlar qan dənizində üzürdülər, buludlar da qan rəngində idi. Həmin vaxt Yer kürəsinin bütün bölgələrində teleqraf sistemlər sıradan çıxmışdı. Göy qübbəsinin üçdən iki hissəsi qırmızı rəngə boyanmışdı. Günlərlə informasiya sistemləri işləmədi. İdarələr və kommunikasiya şəbəkələri şok vəziyyətində idi. Təsəvvür edin ki, indiki dövrdə günlərlə internet sistemi işləmir, tele-radio kosmik peykləri işləmir, Yer kürəsinin bütün bölgələrində heç bir məlumat almaq və ya ötürmək mümkün deyil. Bunu o vaxt heç kim anlaya bilməmişdi, təkcə bir nəfərdən başqa. Bu həvəskar astronom Riçard Karrinqton idi. O Redhildə (Redhill, Surrey) özəl rəsədxanada Günəş ləkələrini öyrənirdi. Bir gün əvvəl o Günəşdə çox nəhəng bir ləkənin (ölçüləri Yerin ölçülərindən on dəfə böyük) əmələgəldiyini görmüşdü. Bu ləkədən çox nəhəng bir alov buludunun qalxdığını da görmüşdü. Onun belə tezliklə Yerə çatacağını isə o bilmirdi. Odur ki, əvvəlcədən o heç kimə bir söz deməmişdı. İndi astronomlar Günəş tufanlarını yaxşı izləyə bilirlər. Günəşin aktivliyi artan zaman onun səthindən bəzən nəhən plazma buludu ayrılır və kosmik fəzada böyük sürətlə yayılır. Bu plazma buludu Yerə çatan zaman onun atmosferində güclü maqnit həyacanlanmaları yaradır və Yerdə bütün radio, tele və peyk sistemlərini sıradan çıxarır. Məsələn, 1989-cu ildə Kvebek Su elektik stansiyasının işi dayandığından Kanadanın şimal hissəsi zülmətə bürünmüşdü. Buna səbəb Günəş tufanı olmuşdu. Günəş tufanları nəticəsində 2003-cü ildə Yaponiyanın hava məlumatı yayan ən böyük süni peyki sıradan çıxmışdı. İndiyə qədər baş verən Günəş tufanları 1859-cu ildə baş verən tufandan demək olar ki, yüz dəfələrlə zəif hesab edilir.

 
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » GÜNƏŞ KÜLƏYİ VƏ TUFANI
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...