CÜMƏ, 2024-04-26, 7:18 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BÜRCLƏR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » BÜRCLƏR
BÜRCLƏR
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-10, 6:45 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Buğa (astronomiya)

Buğa bürcündəki ulduzlar

Qısaltma:
Cəm:
Tauri
Simvol:
Düz Doğuş:
4 saat
Meyl:

Sahəsi: 797 sq. deg.
Əsas ulduzlar: 7
Bayer/Flamsteed
ulduzları: 130
Bilinən Planetə/lərə
sahib ulduzlar: 3
Parlaq ulduzlar: 4
Yaxın ulduzlar: 2
Ən parlaq ulduzu: Əldebaran (α Tau) (0.9v)

Ən yaxın ulduzu: 10 Tau (44.7 ii)

Messye obyektləri:
2
Meteor seli:
Tauridlər
Beta Tauridlər

Qonşu
Bürclər:
Arabaçı
Persey
Qoç
Balina
Eridan
Orion
Əkizlər

+90° and −65° arasında görünür.
Ən yaxşı izləmə zamanı Yanvar ayı boyunca saat 21:00 (axşam 9)

Buğa (Latınca:Taurus)-Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.

Böyük Ayı

Böyük Ayı bürcü (Latınca: Ursa Major). Adətən göyün şimal yarımkürəsində axşamçağı görünür. Quyruq hissəsi qulplu abgərdəni xatırladır. Elə bu asterizmə görə də çox asanlıqla ayırd edilir.

Dolça (astronomiya)

Zodiak qurşağında olan bürclərdən biri. Bu bürc haqqında ən qədim məlumatlar Babil Krallığı zamanındakı daş barelyeflərdə görünür. Ən parlaq ulduzu Sadalmalik adlanır. İkinci ən parlaq ulduzu Sadalsuuddur. Knidli Evdoksun, Aratoslu Solinin, Ptolomeyin antik ulduz kataloqlarına daxil edilmişdir. Messye (Messier) nömrələri M2, M72 və M73 olan ulduz topaları bu bürcə daxildir.

Kasa (bürc)

Kasa (lat, Crater) Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 3.6 vizual ulduz ölçülüdür. Azərbaycan ərazisində yazda görünür.

Kassiopeya (bürc)

Kassiopeya (lat, Cassiopeia) göyün şimal yarımkürəsində bürc. Ən parlaq ulduzu 3.4 vizual ulduz ölçülüdür. Ən güclü radioşüalanma mənbəyinə malikdir. Azərbaycanda bütün ilboyu görünür. Görünüşü tərs çevrilmiş yunan hərfi sigmaya (Σ) bənzəyir.

Kil (bürc)

Kil (lat, Carina) Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu Kanopusdur. Azərbaycandan bürcün ən şimal hissəsi qismi olaraq görünür.

Kompas (bürc)

Kompas (lat, Pyxis) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 3.7 vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.

Kərtənkələ (bürc)

Kərtənkələ (lat, Lacerta) Göyün şimal yarımkürəsində bürc. Parlaq ulduzu yoxdur.

Nasos (bürc)

Nasos (latınca: Antlia) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 4cü vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.

Orion (bürc)

Orion (latınca: Orion) Ekvatorial bürc. Ən parlaq ulduzu 2.2 vizual ulduz ölçülüdür (Bax Rigel, Bətəlgeyzə, Bellatriks). Azərbaycandan görünür.

Oğlaq (astronomiya)

Oğlaq (latınca, Capricornus) Göyün cənub yarımkürəsində zodiak bürcü. Ən parlaq ulduzu 2.8 vizual ulduz ölçülüdür. Qədim Yunanıstanda bürcləri adlandıranda qış günəşduruşu nöqtəsi Oğlaqda olduğundan Cənub Tropiki Oğlaq Tropiki adlanır.

Yelkən (bürc)

Yelkən (lat, Vela) Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 2.7 vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.

Əkizlər (astronomiya)

(lat. Gemini)
Zodiak Qurşağında yerləşir. Ən parlaq ulduzları Kastor və Polluksdur. Qədim adları ilə bilinən Əlmeysan və Məbsutə adlı ulduzlar da bu bürcə daxildir.

İlandaşıyan

İlandaşıyan (lat. Ophiuchus) - ekvatorial bürc. Ən parlaq ulduzu 2,1 vizual ulduz ölçülüdür. Azərbaycanın bütün ərazisindən görünür.

Naxırçı

Naxırçı (latınca, Bootes) Göyün şimal yarımkürəsində bürc. Ən parlaq ulduzu Arkturdur. Azərbaycandan görünür.

Veronikanın Saçları

Veronikanın Saçları (işarəsi Com (lat. Coma Berenices)) göyün Şimal yarımkürəsində bürc. Misir çariçası II Veronikanın Afroditaya qurban edilmiş saçları ilə əlaqədardır. Ən parlaq ulduzu 4,4 vizual ulduz ölçülüdür (β-dır). Qalaktikanın Şimal qütbü Veronikanın Saçlarındadır. Azərbaycanda qışda, yazda və yayda görünür.

 
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » BÜRCLƏR
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...